Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Üç böyük gücün Ermənistandan Qarabağ tələbi – Putinin adamı açıqladı

Üç böyük gücün Ermənistandan Qarabağ tələbi – Putinin adamı açıqladı

Date: 28 October 2016 10:38

“Apreldə “dördgünlük müharibə”dən sonra bağlı qapılar arxasında münaqişənin həlli ilə bağlı aktiv danışıqlar başlandı. Danışıqlar masasında “Kazan düsturu” adlanan həll variantı var idi. Lakin Ermənistanın daxilindəki siyasi vəziyyət bu razılıqların reallaşmasına mane oldu”.

Publika.az
xəbər verir ki, bu barədə Rusiya İctimai Palatasının üzvü, Kremlə yaxınlığı ilə tanınan politoloq Sergey Markov “moscow-baku” portalına açıqlamasında deyib.

Onun sözlərinə görə, avqustun 10-da Moskvada Putin və Sarkisyanın görüşündə münaqişənin həlli prosesi yeni mərhələyə keçməyə başladı: “Azərbaycan rəhbərliyi qarşısına iki yol qoymuşdu. Ya aprel müharibəsində olduğu kimi hərəkət etmək, ya da diplomatik təşəbbüsləri aktivləşdirmək. Bu gün apardığımız müşahidələr onu deməyə əsas verir ki, Bakı ikinci yolu tutub və sülh danışıqlarını aktivləşdirmək qərarını verib. Hazırda görünən odur ki, Azərbaycan rəhbərliyi daha çox sülh xarakterli bəyanatlarla çıxış edir. Ermənistan isə danışıqları yavaşlatmaq cəhdləri edir. Prezident İlham Əliyev konkret təkliflər irəli sürür, sonuncu dəfə Qarabağa muxtariyyət statusu verə biləcəklərini açıqladı. Azərbaycan həm də göstərir ki, o, müharibə yox, sülh istəyir”.

S.Markov əlavə edib ki, bu gün həm Azərbaycan, həm də ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən səslənən bütün bəyanatlar Ermənistanı qərar verməyə məcbur edir: “Ermənistan rəhbərliyi danışıqlar masasındakı təkliflərlə razılaşmır, çünki hakimiyyətlə vidalaşacaqlarından qorxurlar. Həmsədrlər isə Ermənistana anlamağa imkan verir ki, təkliflər tamamilə onun ziyanına deyil, əksinə müsbət məqamlar var”.

S.Markov diqqətə çatdırıb ki, Dağlıq Qarabağ münaqişəsi ABŞ, Avropa Birliyi və Rusiyanın mövqelərinin bir-birinə kifayət qədər yaxın olduğu nadir münaqişələrdəndir: “Bu baxımdan, Ermənistanın münaqişəni həll etmək istəməməsi bütün tərəfləri qıcıqlandıra bilər. Amerikalı həmsədr Ceyms Uorlikin regiona səfəri zamanı verdiyi açıqlamalar da buna mesaj idi. Amerikalı diplomat demək istəyirdi ki, erməni tərəfinin qeyri-konstruktiv addımları diplomatik prosesi dayandıra bilər. Belə olan halda isə onu iqtisadi sanksiyalar gözləyir. Çünki bu gün Rusiya, Avropa Birliyi və ABŞ Ermənistana iqtisadi yardımlar edir. İstisna deyil ki, onlar köməyi tədricən azaldacaq, beləliklə, ölkə rəhbərliyini danışıqlar masasına əyləşməyə məcbur edəcəklər. Əgər bunun əksi olacaqsa, o zaman aprel müharibəsi təkrarlana bilər”.

Rusiyalı politoloq həmsədrlərin “bütün təklifləri paket şəkilində müzakirə edilməlidir” açıqlamasında yeni heç nəyin olmadığını vurğulayıb.
“Bu o deməkdir ki, rayonlar qaytarılacaq, əvəzində sərhədlər açılacaq və Azərbaycan hərbi təşəbbüsləri kənara qoyacaq. Bölgədə təhlükəsizlik ATƏT missiyası tərəfindən qorunacaq”, - deyə o diqqətə çatdırıb.

Asif


Tags:  böyük gücün Ermənistandan Qarabağ tələbi Putinin adamı açıqladı


RƏYLƏR


Top news