Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Həyətində narkotik maddələr olan bitkilər əkən Nardaran sakininə hökm oxunub

Həyətində narkotik maddələr olan bitkilər əkən Nardaran sakininə hökm oxunub

Date: 28 October 2016 10:42

Bakı. 28 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkməkdə təqsirləndirilən Arif Soltanovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
"Report"un məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə A.Soltanov 6 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Nardaran qəsəbə sakini A.Soltanov evinin həyətində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkməkdə təqsirli bilinib. Polisin keçirdiyi əməliyyat nəticəsində onun evinin həyətində 93 ədəd narkotik kolu aşkarlanılıb.
Məhkəmə prosesində A.Soltanov özünü təqsirli bildiyini deyib. O, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkdiyini etiraf edib.
A.Soltanov Cinayət Məcəlləsinin 237-ci (qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkmək) maddəsi ilə ittiham olunub.

Tags:  Həyətində narkotik maddələr olan bitkilər əkən Nardaran sakininə hökm oxunub

RƏYLƏR


Top news