Bağlanan yol açıldı

Bağlanan yol açıldı
10:43 28 Oktyabr 2016
44 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən gün Cəlilabadda su bəndinin aşması nəticəsində Ələt-Astara avtomobil yolunun bağlanan hissəsi açılıb.

Bu barədə Publika.az-a Cəlilabad İcra Hakimiyyətindən məlumat verilib. Məlumatda bildirilib ki, yağışın kəsilməsi yoldakı problemin qısa zamanda aradan qaldırılmasına kömək edib: "Hazırda aidiyyəti qurumların əməkdaşları ərazidə işləri davam etdirir".

Qeyd edək ki, dünən Ələt-Astara magistralının Cəlilabadın Alar kəndindən keçən hissəsini su basıb və yol bağlanmışdı. Baş Dövlət Yol Polisi İdarəsi Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonu ərazisindən keçən 127,2-ci km-də Alar qəsəbəsini sel sularının basması təhlükəsi yarandığından yolun hərəkət hissəsinin qazılmasına zərurət yaranmışdı. Bu səbəbdən həmin ərazidə nəqliyyat vasitələrinin alternativ olaraq istiqaməti dəyişdirilmişdi.

Belə ki, hər iki istiqamətə gedən mink avtomobilləri Üçtəpə-Ocaqlı kənd yollarından keçməklə hərəkətlərini davam etdirə bilirdilər, lakin bütün növ yük avtomobillərinin qeyd olunan istiqamətlər üzrə hərəkəti müvəqqəti olaraq dayandırılmışdı.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/neqliyyat/173833.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR