Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Bir şiş də pomidor kababı qoy..." - Nəfsimizin güdazına gedə bilərik - VİDEO

"Bir şiş də pomidor kababı qoy..." - Nəfsimizin güdazına gedə bilərik - VİDEO

Date: 28 October 2016 10:51

Azərbaycan mətbəxinin əvəzolunmaz təamları kababı, lüləni, dana basdırmasını müşayət edən pomidor kababı dadına görə, heç də sadaladığımız çeşidlərdən geri qalmır. Manqalüstü təamın dadına bələdik. Amma ziyanlarından çoxları xəbərsizdir. Manqal hərarətində yanan pomidorun xərçəng xəstəliyinə müəyyən qədər səbəb olduğu iddia edilir

Bəzi tədqiqatlar göstərir ki, pomidor qabığı manqal hərarətinə düşdüyü zaman “Akrilamid” adlanan maddə formalaşır. Bu maddə həzm sistemində xərçəng xəstəliyinin yaranmasına səbəb olur.

Kabab ustası Anar Musayev deyir ki, pomidor kababını müştərilər çox sevir. Demək olar ki, bütün kababların yanında pomidor kababı da sifariş edilir. Pomidor kababı közün hərarətində 10 dəqiqəyə tam hazır olur.

Həkim isə bildirir ki, əgər yandırılmayıbsa, bişmiş pomidorun tərkibi çiy pomidorun tərkibindən daha zəngin olur. Qaldı ki, pomidor kababının xərçəng xəstəliyi yaratmasına, bütün qızardılmış yeməklərin zərərli təsirləri var.

Daha ətraflı videodan izləyin:

Xəyalə Məmmədova / "ATV Xəbər"


Tags:  Azerbaycan metbexi Pomidor kababi Xerceng xesteliyi

RƏYLƏR


Top news