Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Milyarderin müğənnidən ayrılma səbəbi bilindi - FOTO

Milyarderin müğənnidən ayrılma səbəbi bilindi - FOTO

Date: 28 October 2016 10:57

Məşhur müğənni və bəstəkar Merayya Keri ilə avstraliyalı milyarder Ceyms Parker arasındakı münasibətlərin pozulmasının səbəbləri bəlli olub.

46 yaşlı müğənni ilə 48 yaşlı milyarder nişanlanmışdılar və evlənməyə hazırlaşırdılar.

Lakin onlar ayrılıblar.

Milli.Az TMZ-yə istinadən bildirir ki, müğənni ilə "kazinolar kralı" kimi tanınan milyarderin ayrılmalarının səbəbləri arasında onların Yunanıstanın Mikonos adasında birgə istirahət edərkən dava etmələri olub.

Merayya Keri nişanlısının ona xəyanət etdiyini anlayıb və qalmaqal başlanıb.

Parker də əvvəl özünə bəraət qazanmağa çalışsa da, sonradan adanı tərk edib.

O, Merayya Keriyə hədiyyə etdiyi, 45 karatlıq brilyant qaşlı, 10 milyon dollar dəyəri olan nişan üzüyünü geri almayıb.

Əslində, münasibətlər daha əvvəl soyumuşdu. Belə ki, Merayya Keri nişanlısının bacısının 50 yaşının tamam olması münasibətilə Sidneydə təşkil olunan yubileyə qatılmamışdı.

Ceyms Parkerin ailəsi və qohumları da onun Merayya Keri ilə evlənməsini istəmir, bu nikahı mezalyans sayırdılar.

Ən nəhayət, Ceyms Parker mediadan kənar durmağa çalışan insandırsa, Merayya Keri az qala hər addımının saytlarda əks olunmasına çalışırdı.

Merayya Keri Çili, Argentina və Braziliyadakı konsertlərini təxirə salıb.

Milli.Az









Tags:  Milyarderin müğənnidən ayrılma səbəbi bilindi FOTO

RƏYLƏR


Top news