Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Narkotik bitkilər əkən şəxsə hökm oxunub

Narkotik bitkilər əkən şəxsə hökm oxunub

Azərbaycan idmançısı Toğrul Əsgərova HÖKM OXUNDU (15 Mart 2017 13:37)
Özünü FHN polkovniki kimi təqdim edən şəxsə hökm oxunub (14 Mart 2017 12:52)
Qubada bacanağını öldürən şəxsə hökm oxunub (14 Mart 2017 11:52)

Tarix: 28 Oktyabr 2016 11:04

 

Tərkibində narkotik maddələr olan bitkiləri əkməkdə təqsirləndirilən Arif Soltanovun cinayət işi üzrə məhkəmə başa çatıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən proses hökm oxunub.

 

Hakimlər kollegiyasının hökmünə əsasən, A.Soltanov 6 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, Nardaran qəsəbə sakini A.Soltanov evinin həyətində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkməkdə təqsirli bilinib. Polisin keçirdiyi əməliyyat nəticəsində onun evinin həyətində 93 ədəd narkotik kolu aşkarlanıb.

 

Məhkəmə prosesində A.Soltanov özünü təqsirli bildiyini deyib. O, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkdiyini etiraf edib.

 

A.Soltanov Cinayət Məcəlləsinin 237-ci (qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkmək) maddəsi ilə ittiham olunub.


Teqlər:  Narkotik bitkilər əkən şəxsə hökm oxunub



RƏYLƏR


Top xəbərlər