Keçmiş "Dəyirman"çılar bir arada - FOTO

Keçmiş "Dəyirman"çılar bir arada - FOTO
11:05 28 Oktyabr 2016
55 Şou
Ölkə mətbuatı
A- A+

Ötən gün Xəzər TV-nin "Nəsib Olsa" verilişinin növbəti maraqlı efiri baş tutub. Tanınmış aparıcı Nəsib Nurun təqdimatında yayımlanan proqramın əsas qonağı ad gününü qeyd edən, efirlərdə az-az görünən məşhur müğənni və reper Miri Yusif, keçmiş "Dəyirman" qrupunun üzvləri Elmir və ABD Malik olub. Qrupun keçmiş üzvləri, demək olar ki, efirlərə çıxmırlar.

Milli.Az primetime.az-a istinadən bildirir ki, onlar ötən gün verilişdə ad gününü qeyd edən Miri Yusifi yalnız buraxmayıblar. Hazırda Elmir və ABD Malik sənətdən gedərək, başqa sahələrdə çalışsalar da, Miri Yusif peşəkar, solo-karyerasını uğurla davam etdirir. Qeyd edək ki, "Dəyirman" qrupu 1996-cı ildə 4 gənc repçi tərəfindən yaradılmışdır. Əvvəlcə qrup "GGG-ailəsi" adlandırılsa da, sonralar onun adı "Dəyirman"a dəyişdirilmişdir. Azərbaycan tamaşaçıları qrupu müğənni Leyla ilə birlikdə "Sarı gəlin" mahnısına çəkdirdikləri klip ilə tanıdı. Sonralar "Dəyirman" Azərbaycanın bəzi xalq və uşaq mahnılarını rep üslubunda remiks etdi. Qrupun ən uğurlu mahnılarından biri "Ya Qarabağ, ya ölüm" sayılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/483920.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR