Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Rəqib buraxdığımız səhvlərdən maksimum yararlandı” - millimizin baş məşqçisi

“Rəqib buraxdığımız səhvlərdən maksimum yararlandı” -  millimizin baş məşqçisi

Date: 28 October 2016 11:17


17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsini adlaya bilməyib. Fanat.Az xəbər verir ki, Rumıniyada keçirilən VI qrupun ilk iki matçında uduzan Vüqar Məmmədin yetirmələri üçün son tur formal xarakter daşıyacaq.

 

Belə ki, İngiltərəyə 0:2, Avstriyaya 1:3 hesabı ilə uduzan yığmamız Rumıniya ilə son turun görüşündə heç nə verməyən 3-cü yer üçün mübarizə aparacaq. 

Millimizin baş məşqçisi Avstriya ilə matçdan sonra AFFA-nın rəsmi saytına açıqlama verib. Məmmədov bildirib ki,  qrupda yer alan komandalar kifayət qədər güclü rəqiblərdir: “Avstriya yığması da ilk oyunda Rumıniyanı məğlub edərək , yaxşı komanda olduğunu  sübut edib. Hesabda geri olmağımıza baxmayaraq, uşaqlar ruhdan düşmədilər və bərabərlik qolunu vurdular. Ancaq fasilədən sonra rəqib təzyiqi artıraraq buraxdığımız səhvlərdən maksimum yararlandı. Komandamız oyun baxımından rəqiblərdən geri olsa da, əzmkarlıq baxımından heç kimdən geri qalmır. Onlar hər iki oyunda böyük əzmkarlıq nümayiş etdirdilər”.


Fanat.Az



Tags:  Rəqib buraxdığımız səhvlərdən maksimum yararlandı millimizin baş məşqçisi

RƏYLƏR


Top news