Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Binəqədi qazsız qalıb

Binəqədi qazsız qalıb

Date: 28 October 2016 11:28

Ötən gün Binəqədi rayonu ərazisində gün ərzində təbii qazın verilməməsi sakinlərin narazılığına səbəb olub. Sakinlərin sözlərinə görə, rayonun əksər ərazilərində təbii qaz verilişi dübən səhər saatlarından dayandırılıb.

“Azəriqaz”İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kəlbəliyev Publika.az-a bildirib ki, təbii qazın verilişində fasilə “Azadlıq”prospektində aparılan təmir işləri ilə əlaqədar olub.

“Həmin prospektdə köhnə xətt istismardan çıxarılıb, yeni polietilen qaz xətti mənbəyə birləşdirilib. Bu baxımdan gün ərzində təbii qazın verilişi dayandırılıb. Aparılan təmir işləri gecə saatlarında yekunlaşdığına görə təhlükəsizlik məsələsi nəzərə alınaraq qazın verilişi bu günə saxlanıldı. Bu gündən artıq rayon ərazisində qazın verilişi bərpa edilib”.

Qeyd edək ki, İ.Kəlbəliyev qazın verilişində məhdudiyyət olacağı ilə bağlı əvvəldən məlumat verdiklərini desə də, bu barədə SOCAR-ın rəsmi saytında heç bir xəbərdarlıq tapa bilmədik.

Gülxar


Tags:  Binəqədi qazsız qalıb

RƏYLƏR


Top news