Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Narkotikdə təqsirləndirilən iş adamı MƏHKƏMƏ QARŞISINDA

Narkotikdə təqsirləndirilən iş adamı MƏHKƏMƏ QARŞISINDA

Date: 28 October 2016 11:34

Narkotik alveri və odlu silah saxlamaqda təqsirləndirilən iş adamı Nəriman Əliyevin cinayət işi üzrə məhkəmə başlayıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinaytlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Vəkil Adəm Məmmədov bildirib ki, müdafiə etdiyi şəxs barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət verib. O, qeyd edib ki, müdafiə etdiyi şəxs Qarabağ müharibəsi iştirakçısıdır. Məhkəmə vəsatəti təmin etməyib. Baxış iclası noyabrın 1-nə təyin edilib.

 

Qeyd edək ki, N. Əliyev Bakıxanov qəsəbəsində olan "Şəhriyar" şadlıq evinin sahibidir. O, Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddələrinə əsasən ittiham olunur.


Tags:  Narkotikdə təqsirləndirilən adamı MƏHKƏMƏ QARŞISINDA


RƏYLƏR


Top news