MTRŞ rəsmisi: "Televiziyalarda təsadüfi insanlar var"

MTRŞ rəsmisi: "Televiziyalarda təsadüfi insanlar var"
11:41 28 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

MTRŞ rəsmisi: "Bəzi telekanallarda qadınların problemləri üzərində şou yaradılması cəhdləri müşahidə olunur" (02 May 2017 14:42)
MTRŞ qeyri-qanuni fəaliyyət göstərən IP televiziyaları AÇIQLADI (18 Aprel 2017 17:42)
MTRŞ-dən “FOX TV”-nin bağlanması ilə bağlı AÇIQLAMA (23 Fevral 2017 13:13)

"Yaxın keçmişdə efir məkanımız Latın Amerikası ölkələrinin istehsalı olan və bir çox hallarda Azərbaycan mentaliteti ilə əsla uzlaşmayan ucuz teleseriallarla dolmuşdu. Bu isə xalqın çoxəsrlik milli-mənəvi dəyərlərini sürətlə aşınmaya aparırdı".
 
Axşam.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə Milli Televiziya və Radio Şurası sədrinin müavini Qafar Cəbiyevin "Xalq" qəzetində dərc olunan məqaləsində deyilir.
 
Q. Cəbiyev bildirib ki, bunu nəzərə alaraq prezident İlham Əliyev 2012 və 2013-cü illərdə milli teleseriallar çəkmək məqsədi ilə telekanallara təqribən 15 milyon dollar həcmində yardım ayırıb:

"Teleradio Şurası tərəfindən müvafiq müqavilə şərtləri ilə həmin vəsait respublika yayımçısı olan özəl kanallar arasında bərabər şəkildə bölüşdürüldü. Məmnunluq hissi ilə bildirməliyəm ki, yayımçıların əksəriyyəti dövlət başçısının qayğısı müqabilində üzərilərinə düşən öhdəliklərə layiqincə əməl etməklə keyfiyyətli efir materialı ortaya qoydu. Əfsuslar olsun ki, müqavilə öhdəliklərindən yayınaraq ayrılmış vəsaiti saxta yollarla israf etmək cəhdləri də oldu. Lakin Teleradio Şurası sona qədər prinsipiallıq göstərərək belə cəhdlərin qarşısını aldı...

...Əlbəttə, dövlət büdcəsindən maliyyələşən "Azərbaycan televiziyası"nın, "İctimai televiziya"nın, "İdman Azərbaycan", "Mədəniyyət" və "CBC sport" kanallarının, habelə "Azərbaycan radiosu" və "İctimai Radio"nun bu qəbildən olan maliyyə sıxıntıları yoxdur". 
 
Q. Cəbiyev bildirib ki, bu mənada tamaşaçı auditoriyasının həmin yayımçılardan daha çox maarifləndirici proqramlar umması tamamilə normal bir istəkdir:
 
"Ədalət naminə deyək ki, "Azərbaycan televiziyası", "Mədəniyyət" kanallarının və "İctimai televiziya"nın bir sıra verilişləri bu cəhətdən tamaşaçıları qane etməyə bilməz. Söhbət mövzusu, auditoriyası, kontingenti və təqdimatı ilə fərqlənən intellektual verilişlərdən gedir ki, mən onlardan biri, İTV-də yayımlanan “Media və Zaman” verilişi üzərində ayrıca dayanmaq istərdim. Peşəkar qələm ustası, alim-jurnalist Xalid Niyazovun müəllif və aparıcısı olduğu bu veriliş televiziyalar qarşısında dağ kimi dikələn ciddi və aktual bir problemin-səviyyə və auditoriya arasındakı tənasüb probleminin həlli istiqamətində atılan uğurlu addımlardan biridir. Həmin verilişi oxşar proqramlardan fərqləndirən cəhət hansılardır? Əvvəla, mövzu! Yəni, zaman müstəvisində medianın toxunduğu, hallandırdığı ən aktual, ağırçəkili mövzular məhz bu proqramda müzakirə predmetinə çevrilir. Cəlbedici  telepublisistika, mövzuya bələdlik, elmi-intellektual səviyyə, geniş dünyagörüşü, peşəkar mükalimə, zahiri-atributiv elementlərin harmoniyası bu verilişin timsalında televiziyanın “elitarlıq, yoxsa kütləvilik” mübahisəsində vurğunu birincinin üzərinə qoyur. Burada aparılan müzakirələrin həm intellektual, həm də peşəkarlıq baxımından üstün səviyyəsini təyin və təmin edən ikinci vacib amil dəvət olunan ekspertlərin kimliyidir. Televiziyaçılıqda bu məqam, həm də konkret teleməhsulun müvəffəqiyyətini şərtləndirən səbəblər sırasındadır. Tamaşaçı hər dəfə bu proqramda ölkənin sayılıb-seçilən ziyalı, alim, ictimai xadim və media funksionerləri ilə "həmsöhbət" ola bilir. Xatırladaq ki, efirə dəvət olunan ekspertlərin tərkibi və səviyyəsi ilə bağlı da çox ciddi, özü də haqlı narazılıqlar var. Ayrı-ayrı kanalların daha çox müğənni və artistlərdən ibarət az qala daimiləşmiş ekspertlərini hər gün efirdə görmək, onların ekspert qismində peşələrinə, sənətlərinə və yaşlarına əsla uyğun olmayan problemlərlə bağlı məsləhət, tövsiyə və iradlarını eşitmək, əlbəttə, tamaşaçıya xoş ola bilməz.

Məgər Azərbaycanda intellekt qıtlığı var?! Ekspert kimi bilavasitə müzakirəyə çıxarılmış mövzularla bağlı nüfuzlu, keçərli fikir söyləyəsi insanlar yoxdur?! Heç kəsə sirr deyil ki, bu və ya digər verilişin nə dərəcədə uğurlu, əhəmiyyətli və baxımlı olacağı birbaşa müəllif və aparıcının özünün şəxsiyyətindən, onun intellektual səviyyəsindən çox asılıdır. Təəssüf hissi ilə onu da bildirməliyəm ki, bu gün telekanallarımızda peşəkar kadrların açıq-aşkar qıtlığı hiss olunur. Təkcə aparıcılar deyil, ümumilikdə digər sahələrdə də peşəkar televiziya kadrlarının çatışmaması hazırkı dövrdə televiziyalarımızın, lap elə radiolarımızın da bir nömrəli probleminə çevrilib. Teleradio işçiləri içərisində təsadüfi insanların olması təəssüf doğurur. Bəli, nə qədər təəccüblü olsa da, efir imkanlarından sui-istifadə edən, kamera və mikrofonları işə salaraq "ağa nəzərəm, belə gəzərəm" düşüncəsi ilə davranan, vəzifə borcunu unudaraq açıq-aşkar dələduzluqla məşğul olan teleradio işçiləri də var. Təbiidir ki, bu cür üzdəniraq əməl sahibləri teleradio ailəsinin özü tərəfindən tez bir zamanda çıxdaş olunmalıdır və olunurlar da".

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Kəndlərimiz iriçaplı pulemyotlardan və minaatanlardan atəşə tutuldu

23 İyun 2017 09:33

“Qarabağ FK"nın planı və vətənə dönüş tarixi bəlli oldu

23 İyun 2017 09:32

Manatın MƏZƏNNƏSİ

23 İyun 2017 09:32

Atəşkəs 117 dəfə pozulub

23 İyun 2017 09:29

Keçmiş qayınatasını 13 yerindən bıçaqladı - FOTO

23 İyun 2017 09:28

Bu günün VALYUTA MƏZƏNNƏLƏRİ

23 İyun 2017 09:28

Millimiz Albaniya ilə qarşılaşacaq

23 İyun 2017 09:27

Ermənilər atəşkəs rejimini 117 dəfə pozub

23 İyun 2017 09:27

​​​​Bölgələr üzrə İMSAK VƏ İFTAR VAXTI

23 İyun 2017 09:27

Goranboyda sel suları fəsadlar yaratdı

23 İyun 2017 09:22

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (23.06.2017)

23 İyun 2017 09:22

Qaraçuxurda qız bıçaqlandı

23 İyun 2017 09:22

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri

23 İyun 2017 09:22

B qrupunda qələbəyə sevinən olmadı

23 İyun 2017 09:17

Ərəb ölkələrindən Qətərə İKİ TƏLƏB

23 İyun 2017 09:17

Bakıda işdən evə qayıdan qadın döyüldü

23 İyun 2017 09:17

Qızıl bahalaşıb

23 İyun 2017 09:15

Neft bahalaşdı

23 İyun 2017 09:08

"Liverpul" Neapol klubuna rədd cavabı verdi

23 İyun 2017 09:05

Mərdəkanda yerləşən istixanada dava baş verib

23 İyun 2017 09:02

DADLI ZƏHƏR: Bahalı, yoxsa keyfiyyətli dondurma?

23 İyun 2017 08:52

Bakıda təmir zamanı təkər ustanın başına düşüb

23 İyun 2017 08:52

26 yaşlı qızın dərisi görənləri şoka salır - "Dünyada yalnız 12 nəfərdə var" - FOTOLAR

23 İyun 2017 08:48

Bakıda mənzilə basqın: ölən və yaralananlar var - FOTO

23 İyun 2017 08:47

"Liverpul" 42 milyon avroya Məhəmməd Salahı alıb

23 İyun 2017 08:47

Qvatemalada 6,8 bal gücündə zəlzələ olub: yaralılar var

23 İyun 2017 08:47

Kompüteriniz üçün maraqlı şəkillər - FOTOSESSİYA

23 İyun 2017 08:47

Pakistanda PARTLAYIŞ - Ölənlər var

23 İyun 2017 08:43

Bakıda əri tərəfindən döyülən qadın kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib

23 İyun 2017 08:42

Paytaxtda qadını yük maşını vurub

23 İyun 2017 08:42

"Çelsi"nin sabiq futbolçusuna 8 oyunluq cəza

23 İyun 2017 08:42

Telman İsmaylov üçün daha bir şok

23 İyun 2017 08:37

Kosta sabiq klubuna qayıtmaq istəyir

23 İyun 2017 08:37

Azərbaycanda marixuana satmaq istəyən müəllim saxlanılıb

23 İyun 2017 08:37

Bakıda "Mercedes" yanıb

23 İyun 2017 08:36

QANDONDURAN CİNAYƏT: Sosial şəbəkədə tanış olduğu qıza 9 bıçaq zərbəsi vurdu

23 İyun 2017 08:28

ABŞ HHQ Yəməndə 3 "Əl-Qaidə" terrorçusunu məhv ediblər

23 İyun 2017 08:27

"Şimali Koreyaya qarşı "strateji səbr erası" başa çatıb"

23 İyun 2017 08:27

İtaliyada Polşaya məxsus helikopter qəzaya uğrayıb

23 İyun 2017 08:27

İspaniya sahillərində sutka ərzində 400-dən artıq miqrant xilas edilib

23 İyun 2017 08:27

Yeni mövsümdə evlilik proqramları olmayacaq

23 İyun 2017 08:27

Bakıda 4 otaqlı evdə yanğın olub

23 İyun 2017 08:22

BMT Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs rejiminin pozulmasından narahatdır

23 İyun 2017 08:22

Aİ: Dağlıq Qarabağ münaqişəsində status-kvo dayanıqsızdır

23 İyun 2017 08:17

Bakka "Milan" karyerasına davam edəcək

23 İyun 2017 08:12

Gəlirimiz də, xərclərimiz də artır - Səbəb və gözləntilər

23 İyun 2017 08:05

Dünya ulduzlarının ilk peşələri - "Xadiməçi, kassir, səyyar satıcı..." - FOTOLAR

23 İyun 2017 08:03

Bu gün növbəti buraxılış imtahanları keçirilir

23 İyun 2017 08:01

Formula 1 – Azərbaycan Qran-Prisi başlayır

23 İyun 2017 08:01

Taksi sektorunda yeni era: Hansı xidmətlər daha sərfəlidir?

23 İyun 2017 07:52