Nadir Qafarzadə getdi: "...vətəndən ayrılıram"

Nadir Qafarzadə getdi: "...vətəndən ayrılıram"
11:49 28 Oktyabr 2016
82 Digər
Ölkə mətbuatı
A- A+

“Bir aylıq vətəndən ayrılıram. Qismət olsa, görüşərik”.Lent.az-ın məlumatına görə, bu sözləri müğənni Nadir Qafarzadə bildirib. İfaçı onu da əlavə edib ki, bu gedişinin səbəbi həm də yaradıcılıq xarakteri daşıyır: “Vətəndən ayrı düşməyimin səbəblərindən biri də yaradıcılığımdır. Bir neçə layihənin təməli ilə bağlı danışıqları üçün bunu etməli idim. Düşünürəm ki, bu danışıqlar müsbət yekunlaşsa, bu mənim yaradıcılığım üçün çox böyük bir iş olacaq. Bakıya qayıdandan sonra isə yeni klip çəkilişlərinə start verəcəyəm”.

Sənətçi bir müddət xaricdə olacağı ilə bağlı bir qədər təsirlənib: 


“Bilmirəm sizinlə də belə hallar baş verir ya yox. Gedəcəyim yerə çatmaq üçün günləri sayıram. Vaxt çatanda isə getmək istəmirəm. İndi də həmin halı yaşayıram. İnşallah, zaman tez keçər, vətənimə qayıdaram. Mən Azərbaycansız yaşaya bilmərəm. Salamat qalın”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257894

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR