Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Polislər şəhər merini öldürdülər

Polislər şəhər merini öldürdülər

Date: 28 October 2016 11:52

Filippinin Mindanao adasında yerləşən şəhərlərindən birinin meri və onun yaxın ətrafından olan 9 nəfər narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə üzrə polis əməkdaşları ilə atışmada öldürülüb.

Milli.Az report-a istinadən bildirir ki, bu barədə Filippində nəşr edilən "Gulfnews" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, hadisə Kotabato əyalətində baş verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları bildiriblər ki, merin başçılıq etdiyi silahlı şəxslər üç avtomobildə hərəkət edərək polis nəzarət-buraxılış məntəqəsini atəşə tutublar.
Qeyd edək ki, yeni prezident Rodriqo Dutertenin hakimiyyətə gəlməsi ilə Filippində narkotik alverinə qarşı genişmiqyaslı güc kampaniyası başlayıb.

Milli.Az


Tags:  Polislər şəhər merini öldürdülər

RƏYLƏR


Top news