Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Binəqədidəki qaz problemi ilə bağlı AÇIQLAMA

Binəqədidəki qaz problemi ilə bağlı AÇIQLAMA

Date: 28 October 2016 11:52

Dünən səhər saatlarından Binəqədi rayonu ərazisində təbii qazın verilməsində problemlər yaranıb. Məsələ ilə bağlı "Qafqazinfo"ya müraciət edən sakinlər bildiriblər ki, ötən gündən evlərinə qaz gəlmir.

Milli.Az bildirir ki, "Azəriqaz" İB-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev qafqazinfo-ya açıqlamasında deyib ki, Binəqədi rayonu, Azadlıq prospekti ərazisində yerləşən boru xətlərinin birində qaz sızması baş verdiyi üçün qəza halı kimi qaz təchizatı dayandırılmışdı: "Problem baş verən hissə yeni xətlə əvəzlənib. İşlərin icrası dünən gec saatda bitdiyi üçün təhlükəsizlik baxımından səhər saatlarında təbii qazın verilməsi bərpa olunub".

Qurumun sözçüsü qeyd edib ki, hazırda Bakı şəhərində heç bir ərazidə kütləvi şəkildə qaz probleminin olması ilə bağlı məlumat daxil olmayıb: "Digər ərazilərdə problem yaranarsa, abonentlərin günün 24 saatı fəaliyyət göstərən "Qaynar xətt"ə müraciət etmələri xahiş olunur və əməkdaşlarımız lazımi tədbirləri görəcəklər".

Milli.Az


Tags:  Binəqədidəki qaz problemi bağlı AÇIQLAMA

RƏYLƏR


Top news