Türkiyə Daxili İşlər Nazirliyinin 265 əməkdaşı işdən çıxarılıb

Türkiyə Daxili İşlər Nazirliyinin 265 əməkdaşı işdən çıxarılıb
11:57 28 Oktyabr 2016
29 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 28 oktyabr. REPORT.AZ/ Türkiyədə Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı mübarizə çərçivəsində Daxili İşlər Nazirliyinin Jandarm Komandanlığının 153, Sahil Mühafizə Xidmətinin isə 112 əməkdaşı tutduğu vəzifədən kənarlaşdırılıb.
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, onlar FETÖ ilə dolayı və birbaşa əlaqədə şübhəli bilinirlər.
Məlumata görə, tutduqları vəzifədən uzaqlaşdırılan jandarmların 42-si zabit, 56-sı gizir, 30-u ixtisaslı çavuş, 17-si sıravi mütəxəssis, 8-i isə məmur, sahil mühafizə xidmətində işdən çıxarılanların 52-si zabit, 58-i gizir, biri ixtisaslı sıravi, biri isə məmur olub.

Xəbərin orijinal ünvanı: http://report.az/region/turkiye-daxili-i-sler-nazirliyinin-265-emekdasi-isden-cixarilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR