Bakıda yol qəzası baş verib, avtomobil deformasiyaya uğrayıb

Bakıda yol qəzası baş verib, avtomobil deformasiyaya uğrayıb
12:12 28 Oktyabr 2016
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 28 oktyabr. REPORT.AZ/ Bakıda yüksək sürətlə dönmə əməliyyatını yerinə yetirən sürücünün idarə etdiyi avtomobil deformasiyaya uğrayıb.

"Report"un xəbərinə görə, hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Belə ki, "Hyundai" markalı avtomobil sürətlə hərəkət edərkən dönmə əməliyyatını yerinə yetirmək istəyib. İdarəetmədən çıxan avtomobil qarşıda hərəkət edən 10 MG 015 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı minik maşınına çırpılıb. Xəsarət alan olmasa da "Hyundai" markalı avtomobil deformasiyaya uğrayıb.
Faktla bağlı Binəqədi Rayon Dövlət Yol Polis İdarəsinin (DYPİ) əməkdaşları araşdırma aparır.



Xəbərin orijinal ünvanı: http://report.az/hadise/bakida-yol-qezasi-bas-verib-avtomobil-deformasiyaya-ugrayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR