Bəşər Əsəd kürdlərlə gizli sövdələşməyə getdi - SƏNƏDLƏR

Bəşər Əsəd kürdlərlə gizli sövdələşməyə getdi - SƏNƏDLƏR
12:14 28 Oktyabr 2016
36 Digər
Ölkə mətbuatı
A- A+

 

Keçən ay Rusiyanın təşkilatçılığı və vasitəçiliyi ilə Suriyada hakimiyyətdə olan Bəşər Əsəd ilə ölkənin bir hissəsinə nəzarət edən kürdlərin PYD qruplaşması arasında görüş baş tutub. Lent.az xəbər verir ki, bu barədə Türkiyənin “Cumhuriyyət” qəzeti məlumat yayıb.

 

Bildirilir ki, gizli keçirilən görüşdə kürd tərəfi Suriyanın federasiyaya çevrilməsini, kürdlərin hərbi qüvvəsi sayılan YPG-nin isə bu quruluş çərçivəsində asayişi təmin edən güc olmasını təklif edib.

 

Sentyabrın 17-də Afrinin 100 kilometr cənubundakı “El Humeyim” bölgəsindəki rus hərbi bazasında baş tutan görüşdə hökumət və kürd təmsilçiləri ilə yanaşı Rusiyanı təmsil edən şəxslər də iştirak edib. Bəşər Əsəddən ən yüksək siyasi muxtariyyət tələb edən kürdlər onun adamlarına 9 maddəlik təkliflər toplusu da təqdim edib. Bu sənəddə kürdlərə və digər etniklərə sosial və siyasi sərbəstliyin verilməsi, özünüidarə hüququnun tanınması, asayişin təmin edilməsi kimi məqamlar yer alıb.

 

Görüşün nəticəsi olaraq birgə komissiyanın yaradılacağı qərarının verildiyi bildirilir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257903

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR