Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Almaniya mətbuatı: "Xoşbəxtlikdən, Azərbaycanla oynamırıq"

Almaniya mətbuatı: "Xoşbəxtlikdən, Azərbaycanla oynamırıq"

Date: 28 October 2016 12:17

Dünya futbolunun nəhənglərindən sayılan Almaniyada yeni komanda yaradılır.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu ölkədə futzal üzrə milli komanda formalaşdırılır.

AÇ-2018-in təsnifat mərhələsində də çıxış edəcək Bundestim yarışa hazırlıq məqsədilə tarixinin ilk matçına çıxacaq. Bu yoxlama oyunundakı rəqib İngiltərə olacaq.
 
Bu əlamətdar hadisəyə şərh verən Almaniya mətbuatı rəqib seçimi ilə bağlı fikirlər dərc edib. Həmkarlarımız  Azərbaycan yığmasını arzuolunmaz rəqib hesab etdiklərini gizlətməyiblər: "Nəzəri cəhətdən istənilən komanda, məsələn, Azərbaycanla qarşılaşa bilərdik. Amma bu komanda ilə oynamaq risk olardı. Almaniya Futbol İttifaqı belə riskə getmədi. Çünki ilk matçda rəqib ikirəqəmli ədəd qədər qol vura bilərdi".
 
Qeyd edək ki, Azərbaycan millisi DÇ-2016-nın 1/4 finalçısı və dünya reytinqinin 10-cusudur.

Milli.Az


Tags:  Almaniya mətbuatı Xoşbəxtlikdən Azərbaycanla oynamırıq

RƏYLƏR


Top news