“Neft Daşları” yatağında meydançalar təmir edilib

“Neft Daşları” yatağında meydançalar təmir edilib
12:17 28 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 28 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyi istismar etdiyi neft-qaz yataqlarının abadlaşdırılması, dənizdə hidrotexniki qurğuların tikintisi və təmiri, estakadalarda infrastrukturun yaxşılaşdırılması istiqamətində genişmiqyaslı işləri davam etdirir.
“Report” SOCAR-a istinadən xəbər verir ki, bu günlərdə “Neft Daşları” NQÇİ-nin istismar etdiyi 1624 saylı meydançada və 1702-1541 saylı meydançalar arası estakadada həyata keçirilən əsaslı təmir işləri vaxtında və keyfiyyətlə başa çatdırılıb. “Neft Daşlari” yatağında 1624 saylı meydançada görülmüş işlər çərçivəsində 48 ədəd xamut vurulub, 24 ədəd sualtı əlaqə xətti quraşdırılıb. Əsaslı təmir zamanı sualtı rabitə xətləri bərpa edilib və işlək 4 quyunun sualtı bərkidilməsi işləri başa çatdırılıb. 1702-1541 saylı meydançalar arası estakadada aparılan əsaslı təmir işləri çərçivəsində 196 ədəd möhkəmləndirici svay vurulub, 55 ədəd rigel və 2 ədəd metal ferma yığılıb. Eləcə də 431 ədəd suüstü əlaqə xətti quraşdırılıb, 47 metr uzunluqda yanğın əleyhinə su xətti çəkilib.
Aparılmış təmir işlərindən sonra hər iki obyekt Dövlət Qəbulu komissiyası tərəfindən istismara qəbul edilib.                              

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/neft-daslari-yataginda-meydancalar-temir-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR