Antalyada təlim-məşq toplanışı keçəcək "Xəzər Lənkəran" klubu bu axşam Türkiyəyə yola düşəcək.
ANS PRESS-in məlumatına görə, Lənkəran təmsilçisinin yoxlama oyunlarında qarşılaşacağı üç rəqibi müəyyənləşib.
"Xəzər Lənkəran" klubu ilk yoxlama matçını yanvarın 10-da, Türkiyə təmsilçisi "Tekirdağspor"a qarşı keçirəcək. Ayın 17-də Almaniya III Bundesliqa təmsilçisi "Çemnitzer" klubu ilə qarşılaşacaq
"Xəzər Lənkəran" 3 gün sonra növbəti matçına çıxacaq.
Elbrus Məmmədovun komandası bu dəfə Türkiyə superliqa təmsilçisi "Kayseri Erciyesspor"la üz-üzə gələcək.