Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Belarus prezidenti: "Azərbaycanın imici xeyli yüksəlib"

Belarus prezidenti: "Azərbaycanın imici xeyli yüksəlib"

Date: 28 October 2016 12:22

Bakı. 28 oktyabr. REPORT.AZ/ "Azərbaycanda hakimiyyətin öhdəsindən yaxşı gəldiyi imtahan - uğurlu referendum münasibəti ilə sizi təbrik etmək istəyirəm".
"Report" BELTA-ya istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubovla görüşündə deyib.
Onun sözlərinə görə, referendumun nəticələri bu çətin dönəmdə Azərbaycan xalqının hökumətə olan münasibətinin ən yaxşı sübutudur. "Bu, çox böyük qələbədir və bunun dünyada necə qiymətləndirildiyini bilirəm. Bütün söz-söhbət, dedi-qodu dərhal yox oldu, ölkənizin imici xeyli yüksəldi", - deyə prezident bildirib.

Tags:  Belarus prezidenti Azərbaycanın imici xeyli yüksəlib


RƏYLƏR


Top news