Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Günay: "Bunun üçün sübut istəyirsiz?"

Günay: "Bunun üçün sübut istəyirsiz?"

Date: 28 October 2016 12:22

Milli.Az primetime.az-a istinadən bildirir ki, estrada müğənnisi Günay İbrahimlinin dodağına silikon yerləşdirdiyi xəbərləri yayılıb.

Müğənni şəxsi hesabında bu məsələyə belə aydınlıq gətirib: "Bəlkə də, siz elə bilirsiz ki, mən şərhləri oxumuram, ancaq belə deyil. Bu gün ərzində rastıma "dodağına silikon qoydurub" tipli bir neçə şərh çıxdı. Siz məni kifayət qədər tanıyırsız, səmimi olduğumu, yəqin ki, anlamısız. Dodağımda silikon yoxdur, heç bir dolğudan da istifadə etməmişəm". Müğənni, dişləri barədə fikir bildirənlərə də səslənib: "Bu, doğru deyil. Mən etiraf edirəm, təkcə burnumu əməliyyat etdirmişəm. Başqa üzümlə bağlı heç bir plastik əməliyyat üçün müraciət etməmişəm. Bunun üçün sübut istəyirsiz? Sevənlərim üçün mənim kəlmələrim sübutdur, ancaq inanmayanlara da sübut edə bilərik. Siz mənim sözümə inanın, şayiələrə yox. Ən gözəl həqiqət şəxsin özünün ağzından eşidilən ifadələrdir".

Milli.Az


Tags:  Günay Bunun sübut istəyirsiz


RƏYLƏR


Top news