Belarus prezidenti MDB-nin perspektivindən narahat olduğunu bildirib

Belarus prezidenti MDB-nin perspektivindən narahat olduğunu bildirib
12:32 28 Oktyabr 2016
25 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 28 oktyabr. REPORT.AZ/ "Çoxsaylı tənqidi suallar yığılıb qaldığından MDB və Avrasiya İqtisadi İttifaqının perspektivi Belarusda narahatlıq doğurur".
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko MDB və Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərin hökumət təmsilçiləri ilə görüşdə vurğulayıb.
"Ölkələrimiz tərəfindən inteqrasiyanın inkişafının yekunlarından narazılıqla bağlı əsaslandırılımış tənqidlər çoxalıb. Ticarətlə bağlı həyəcanlı siqnallar eşidilir", - deyə Belarusun dövlət başçısı bildirib.
Qeyd edək ki, bu görüşdə Azərbaycan Respublikası Baş nazirinin birinci müavinin Yaqub Eyyubov da iştirak edib.

Xəbərin orijinal ünvanı: http://report.az/region/belarus-prezidenti-mdb-nin-perspektivinden-narahat-oldugunu-bildirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR