"Mən elə əvvəlki Patimatam"

"Mən elə əvvəlki Patimatam"
12:37 28 Oktyabr 2016
34 İdman
Ölkə mətbuatı
A- A+

Milli.Az Azərbaycan millisinin taekvondoçusu, Rio Olimpiadasının bürünc medalçısı Patimat Abakarovanın apasport.az-a müsahibəsini təqdim edir:

- Olimpiadadan sonra necə istirahət etdiz? Yeni yarışlara hazırsızmı?
- Yaxşı dincəldim. İstirahət vaxtlarımı ancaq ailəmlə birgə keçirdim. Artıq yavaş-yavaş məşqlərə başlamışam. Dekabrın əvvəlində Qran-pri turniri olacaq. Orada iştirak etməyi planlaşdırıram.
 
- Oktyabrın 23-də 22 yaşınızı tamamladız. Ad gününüzü necə qeyd etdiz?
- Çox gözəl keçirdim. Ad günümü ən yaxın insanların əhatəsində qeyd etdim. Doğum günümü restoranda keçirdik. Mənə ən yaxın insanlarla oturduq, əyləndik. Hər şey çox şən alındı.
 
- Ümumiyyətlə, ad günlərinizi təmtəraqlı şəkildə qeyd etməyi xoşlayırsızmı?
- Bəli, xoşlayıram. Çalışıram ki, hər il ad günümü təmtəraqlı keçirəm. Təbii ki, əgər ad günüm səfərlərə təsadüf etmirsə.
 
- Ad gününə xüsusi qonaq qismində kimi dəvət etmişdiz?
- Kimləri orada görmək istəyirdimsə, hamısını bir araya yığdım. Bunlar əsasən ailə üzvlərim idi.
 
- Bəs sizi birinci kim təbrik etdi?
- Qardaşlarım və anam. Açığı, artıq saatın yeni günə keçdiyini bilmirdim. Düz gecə saat 12-də məni təbrik etdilər.
  
- Yəqin ki, hamı kimi siz də hədiyyələr almağı xoşlayırsız. Bu dəfə ən yaddaqalan hədiyyəni kim verdi?
- Elə bir yaddaqalan hədiyyə olmadı. Ümumiyyətlə, buna elə də fikir vermirəm.
 
- Bəs elə bir insan oldu ki, ondan xüsusi hədiyyə gözləyirdiz?
- Xeyr, olmadı.
 
- Şəxsi həyatınızda nə kimi yeniliklər var? Ailə qurmaq haqda fikirləşmirsiz?
- Yox. Növbəti Olimpiadaya kimi dəqiq ailə qurmayacam. Ondan sonrasına baxarıq.
 
- Namizəd varmı?
- Xeyr (gülür).
 
- Maraqlıdır, Patimat idmançı ilə ailə qurmaq istəyərdi, yoxsa...
- Necə deyim? İdmançı ilə də olar, idmançı olmayanla da. Şərt deyil ki, həyat yoldaşım idmançı olsun. Bunu vacib saymıram.
 
- Belə çıxır ki, sizin üçün karyera daha önəmlidir...
- Bəli, indiki məqamda bu əhəmiyyətlidir. Şəxsi həyat barədə sonra da düşünmək olar.
 
- Siz Azərbaycan taekvondo tarixinə Olimpiya medalı qazanan ilk idmançı kimi düşmüsüz. Həmçinin, Olimpiadada fəxri kürsüyə çıxmış yeganə qadın taekvondoçumuzsuz. Bu sizin gələcək karyeranıza necə təsir edə bilər?
- Əvvəla, buna şadam. Ancaq bu, karyerama nəsə təsir edə bilməz. Mən tarixdə ilklərə, statistikalara fikir vermirəm. Ümid edirəm ki, nailiyyətim taekvondo ilə məşğul olan digər azərbaycanlı qızlara stimuldur və onlara Olimpiya medalı qazanmaq məqsədlərinə çatmağa kömək olacaq. Artıq başa düşürlər ki, bu cür ciddi turnirdə də uğur qazanmaq mümkündür.
 
- Olimpiya medalı qazanan Patimat əvvəlki Patimatdan nə ilə fərqlənir?
- Heç nə ilə. Mən elə əvvəlki Patimatam. Hər hansı bir dəyişiklik yoxdur.
 
- Sizi yığmamızda 49 kq çəki dərəcəsinin lideri saymaq olarmı?
- Fikrimcə, liderlərdən biri. Üstəlik, Olimpiadadan sonra mənim reytinq göstəricim də yüksəlib.
 
- Artıq il yekunlaşmaq üzrədir. 2016-cı ili özünüz üçün necə dəyərləndirərdiz?
- 2015-2016-cı illər karyeramın ən yaxşı illərindəndir. Amma mənim üçün ən uğurlu il 2016-cı il oldu. Hər halda, artıq hesabımda Olimpiya medalı var. Dediyim kimi, dekabrda Qran-pri yarışı da var. Həmin turnir Bakıda keçiriləcək. Bundan əlavə, gələn il dünya çempionatı və İslam Həmrəyliyi Oyunlarına hazırlaşacam. Qısası, turnirlər çoxdur. 

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Əkrəm Zeynallı səfir vəzifəsindən geri çağırıldı - SƏRƏNCAM

25 May 2017 18:48

Mövsümün əsas trendi: Bu yaz qadın bədənini kişi pencəkləri bəzəyəcək - FOTOLAR

25 May 2017 18:48

Soğan doğrayarkən saqqız çeynəsəniz... – 10 HEYRƏTAMİZ BİLGİ (FOTO)

25 May 2017 18:48

Azərbaycanın İsveçrədəki səfiri geri çağırılıb

25 May 2017 18:47

"Mercedes-Benz" noutbuk buraxdı

25 May 2017 18:47

Mourinyodan tarixi nəticə

25 May 2017 18:47

Dövlət Miqrasiya Xidmətində Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri ilə görüş olub

25 May 2017 18:47

Şərf toxuyub Ginnesin rekordlar kitabına düşdülər

25 May 2017 18:36

İngiltərəni qana boyayan şəxs Türkiyədən gedib - MƏNBƏ

25 May 2017 18:33

Xəzərdə naməlum kişi meyiti tapıldı

25 May 2017 18:32

Pul ala bilmədi, damarlarını doğradı - BAKIDA

25 May 2017 18:32

Qəbələnin Həmzəlli kəndi

25 May 2017 18:30

Bank "BTB" yenilənmiş “İnternet-Bankçılıq” xidmətini təqdim edib

25 May 2017 18:29

Deputat iclas zalından rəfiqəsinə porno göndərdi - FOTOLAR

25 May 2017 18:28

Yaxın Şərqdə dəyişən geosiyasi şərtlər: İran seçkiləri və Trampın səfəri fonunda

25 May 2017 18:27

Bakıda helikopterlərə texniki xidmət üzrə servis mərkəzinin yaradılması ilə bağlı Tədbirlər Planı imzalanıb

25 May 2017 18:22

Məşhur müğənni 6 gündə iki ərini itirdi

25 May 2017 18:22

​Nadir Qafarzadəni məhv edən nə oldu?

25 May 2017 18:22

Qara nöqtələrə SON

25 May 2017 18:20

BDU-da Respublika Günü qeyd edildi

25 May 2017 18:18

İlham Əliyev Mahmud Nəbiyevə “Əməkdar hüquqşünas” fəxri adı verib

25 May 2017 18:18

Rumıniya nümayəndə heyəti ADU-da olub

25 May 2017 18:15

Andiçmə mərasiminə gələn ANA

25 May 2017 18:13

İlham Əliyev Gürcüstan Prezidentini təbrik edib

25 May 2017 18:09

Dənizdən tapılan meyitin itkin düşən neftçiyə aid olub-olmaması müəyyənləşdirilir

25 May 2017 18:08

Karapetyanın ŞOK PLANI: “Bakını işğal edək və hər şey...”

25 May 2017 18:08

İlham Əliyev Gürcüstan Prezidentini təbrik edib

25 May 2017 18:08

Çində əcnəbi futbolçu transferinə görə 100 faizlik vergi tətbiq olunub

25 May 2017 18:07

"Qəbələ"nin futbolçusu rəsmən "Tobol"da

25 May 2017 18:07

Qəbələdə 2 ədəd tank əleyhinə tüstü minası tapılıb

25 May 2017 18:05

Türkiyədə 4 hərbçi və 1 qoruqçu şəhid olub, 3 terroçu zərərsizləşdirilib

25 May 2017 18:02

Neft bazarında tarazlıq 2019-cu ildən tez olmayacaq

25 May 2017 18:02

Qərargah: “Bir kişi meyiti tapılıb”

25 May 2017 18:02

"Unibank"dan Respublika gününə xüsusi kredit kampaniyası

25 May 2017 18:01

Aydın Əliyev “Şöhrət” ordeni ilə təltif edilib

25 May 2017 18:01

Bu şəxslər “Şöhrət” ordeni ilə təltif edildi

25 May 2017 18:01

Ruminiyalı alimlər BDU-da

25 May 2017 17:58

Ata öz qızı ilə evləndi - RƏZALƏT!

25 May 2017 17:57

Bir gündə 7 türk hərbçi öldü

25 May 2017 17:55

Daha bir əfsanəvi oyunçu

25 May 2017 17:53

Bakının qəsəbələrində fəaliyyət göstərən sahibkarlara 10 mln. manat güzəştli kredit verilib

25 May 2017 17:52

Cahangir Hacıyev ittihamları qəbul etmədi

25 May 2017 17:50

Putin İlham Əliyevi təbrik etdi

25 May 2017 17:48

Qocalmağa qoymayan NADİR MADDƏ: alfa lipoikin İNANILMAZ FAYDALARI

25 May 2017 17:48

Prezident İlham Əliyevin ünvanına Respublika Günü münasibətilə təbriklər gəlməkdə davam edir

25 May 2017 17:47

Qəbul və buraxılış imtahanlarının tarixləri açıqlandı

25 May 2017 17:47

“AtaBank” ASC-yə “MasterCard” beynəlxalq ödəniş sistemindən xüsusi mükafat təqdim edilib

25 May 2017 17:43

YAP-ın rayon təşkilatlarından birinin sədri dəyişib

25 May 2017 17:42

Fahişəni polis maşınından düşürüb qaçırtdılar - VİDEO

25 May 2017 17:42

Rəqsanənin bahalı hədiyyəsi, Safura nazir oğlu ilə...

25 May 2017 17:40