Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Narkotik və silah gəzdirməkdə təqsirləndirilən şadlıq evi sahibi mühakimə edilir

Narkotik və silah gəzdirməkdə təqsirləndirilən şadlıq evi sahibi mühakimə edilir

Date: 28 October 2016 12:47

Bu gün Bakı Ağır Cinayətlər məhkəməsində narkotik alveri və odlu silah saxlamaqda təqsirləndirilən iş adamı Nəriman Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Milli.Az Trend-ə iatinadən bildirir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

N.Əliyevin vəkili Adəm Məmmədov müdafiə etdiyi şəxsin Qarabağ müharibəsi veteranı olduğu üçün onun barəsindəki həbs qəti imkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət verib. Məhkəmə vəsatəti təmin etməyib. Məhkəmənin baxış iclası noyabrın 1-nə təyin edilib.

İttihama görə, Bakıxanov qəsəbəsində olan "Şəhriyar" şadlıq evinin sahibi olan N.Əliyev Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddələri ilə ittiham olunur.

Milli.Az


Tags:  Narkotik silah gəzdirməkdə təqsirləndirilən şadlıq evi sahibi mühakimə edilir

RƏYLƏR


Top news