Sərnişin avtobusu qəzaya uğradı: yaralılar var

Sərnişin avtobusu qəzaya uğradı: yaralılar var
12:52 28 Oktyabr 2016
64 Ölkə
Ölkə mətbuatı
A- A+

Lənkəranda sərnişin avtobuusu qəzaya uğrayıb.

Milli.Az DİN-ə istinadən bildirir ki, oktyabrın 27-də saat 20 radələrində Lənkəran şəhərində rayon sakini Cabir Baxşıyevin idarə etdiyi "PAZ" markalı avtobus və Astara rayon sakini Elşən Novruzovun idarə etdiyi "Mercedes" markalı mikroavtobus toqquşub.

Qəzanın baş verməsi nəticəsində E.Novruzovun xəsarət almış 6 sərnişininə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra onlar evə buraxılıblar. Hadisə ilə bağlı Lənkəran ŞRPŞ tərəfindən araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/483998.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR