30 yaşlı İrina Şeyk hamilədir - FOTO

30 yaşlı İrina Şeyk hamilədir - FOTO
12:53 28 Oktyabr 2016
77 Şou
Ölkə mətbuatı
A- A+

İrina Şeykin hamilə olduğu iddia olunur.

Publika.az xəbər verir ki, 30 yaşlı super modelin instaqramda paylaşdığı fotosu görünməmiş ajiotaj yaradıb. Rus gözəli şəklə heç bir şərh bildirməyib, amma pərəstişkarları onun hamilə olmasını iddia edib. Bunun səbəbi isə modelin şəkildə qarının şişman görünməsidir.

O, eleqant qara məxmər paltarda və dikdaban ayaqqabılarda poza verib. Paltarın sinəsindəki dərin dekoltesi isə modelin seksuallığını vurğulayıb. Planetin ən seksual qadınlarından birinin qarnının şişman görünməsi haqlı olaraq şübhə doğurub. Pərəstişkarları sevindirici hadisə münasibəti ilə artıq İrinanı təbrik edib, lakin bəziləri modelin bu fotonu sırf sarı mətbuatın diqqətini çəkmək üçün paylaşdığını yazıb.

Hələlik nə İrina, nə də ki, onun aktyor sevgilisi Bredli Kuper bu xəbər barədə çıqlam verməyiblər.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/173834.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR