"Gümüş" serialının aktrisası Songül Öden aktyor sevgilisi Kerem Alışıkdan ayrılıb.
Axşam.az-ın məlumatına görə, 8 ildir sevgili olan cütlük "çox yorulduq" deyərək 2 ay əvvəl münasibətlərini bitiriblər. Bu haqda "Renkli Sayfalar" proqramında xəbər verilib.
Xatırladaq ki, keçən il cütlüyün qısqanclıq səbəbi ilə ayrıldığı, Keremin Songülə sillə vurduğu xəbəri yayılmışdı.