Sabahın HAVAsı

Sabahın HAVAsı
12:57 28 Oktyabr 2016
207 Ölkə
Ölkə mətbuatı
A- A+

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 29-da bəzi yerlərdə arabir çiskinli yağış yağacağı, gündüz fasilə olacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 6-8, gündüz 9-13, Bakıda gecə 6-8, gündüz 11-13 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında
Oktyabrın 29-da arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq rayonlarda sulu qara, qara keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2-7, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, yüksək dağlıq ərazilərdə 2-7 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz
Oktyabrın 29-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü nisbətən əlverişli olsa da, oktyabrın 30-da atmosfer təzyiqinin təzadlı tərəddüdü, arabir güclənən gilavar küləyinin xəzri küləyi ilə əvəz olunacağı gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/484006.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR