Azərbaycana futbol ulduzları bəxş edəcək məkan - Ronaldinyo Akademiyası

Azərbaycana futbol ulduzları bəxş edəcək məkan - Ronaldinyo Akademiyası
12:59 28 Oktyabr 2016
40 Digər
Ölkə mətbuatı
A- A+

“Qəbələ” İdman Klubu növbəti gözəl layihələrindən birini həyata keçirmək üzrədir. Dünya səviyyəli futbolçu olan Ronaldinyo Azərbaycana gəldi. Belə futbolçuların ölkəmizə gəlməsi bu idman növünün kütləviləşməsinə, sevilməsinə bir təkandır”.  Bu fikirləri APA TV-nin “APAsport” layihəsinin qonağı, “Qəbələ” Futbol Akademiyasının direktor müavini Nail Kərimov deyib.
 
Son günlərin ən böyük hadisəsini “Qəbələ” gerçəkləşdirdi. Əyalət klubu 2002-ci ilin dünya çempionu, 2 dəfə planetin ən yaxşısı seçilən, “Barselona”da və Braziliya millisində çıxışları ilə milyonların sevimlisinə çevrilən Ronaldinyonu ölkəmizə gətirdi. 36 yaşlı əfsanənin adını daşıyan Futbol Akademiyasına həsr olunan mətbuat konfransı bütün gündəmi zəbt etdi.
 
Bu akademiyanın Azərbaycan futboluna nələr verəcəyindən danışan N. Kərimov bildirib ki, hazırda məktəbin fəaliyyətə başlaması yolunda işləri davam etdirirlər: “Hələ ki, yer seçimi, bazanın inşaatı haqda fikirləşirik. İstəyirik ki, doğru qərarlar verək. Ən vacib məqam yerləşmədir. Çünki uşaqların daha asanlıqla qət edə biləcəkləri məsafə, ictimai nəqliyyatın bol olduğu yerləri seçmək istəyirik. Ondan sonra akademiyanın iş prinsipi, məşqçi seçimi, personalın fəaliyyətə başlaması və sair məsələlər haqda yekun qərar veriləcək”.
 
Azərbaycanın əməkdar məşqçisi, “Vətən” Futbol Məktəbinin çalışdırıcısı Elxan Nəsirov Ronaldinyo Akademiyasının Bakıda fəaliyyətə başlaması xəbərini sevinclə qarşıladıqlarını qeyd edib: “Akademiyanın açılması texnikalı oyunçuların, hücumçuların yetişməsində böyük rolu olacaq. Belə akademiyaların Azərbaycanda açılması ölkəmizə çox xeyir verə bilər. “Vətən” klubu da gələcəkdə akademiya açmaq fikrindədir”.
 
Akademiyanın nə vaxt fəaliyyətə başlaması haqda hələlik dəqiq məlum deyil. N. Kərimov vurğulayıb ki, konkret tarix demək bir qədər düzgün olmaz: “Çünki tikintinin gedişində müəyyən fasilələr yarana, gözlənilməz hallar baş verə bilər. Amma təxminən 6 ay, 1 il ərzində fəaliyyətə başlamağı planlaşdırmışıq”.
 
“Qəbələ” Futbol Akademiyasının rəsmisi Ronaldinyo məktəbi ilə ictimaiyyəti maraqlandıran bəzi məsələlərə aydınlıq gətirib: “Bu quruma “Qəbələ” İdman Klubu tərəfindən dəstək veriləcək. İşlərimiz daha çox təşkilatı tərəflə bağlı olacaq. Bütün bu məsələlərə klub olaraq, biz cavabdehlik daşıyırıq. Məktəbin bütün personalı bizim tərəfimizdən təyin ediləcək. Həmçinin məşqçi heyətin seçilməsində Ronaldinyo Futbol Məktəbi və klubumuzun maraqlı tərəfinin müzakirəsi nəticəsində yekun qərar verəcəyik. Gözlənilir ki, Braziliyadan da bir məşqçi gəlsin və azərbaycanlı mütəxəssislər də onunla birgə fəaliyyət göstərsinlər”.
 
Ömrünün 40 ilini uşaq futboluna həsr edən E. Nəsirov bu sahənin hazırkı durumuna da toxunub. O qeyd edib ki, uşaq futbolu inkişafdadır: “Amma çətinliklərimiz çoxdur. Bu dəqiqə tamam yüksəkliyə qalxmışıq da demək olmaz. Yavaş-yavaş, pillə-pillə qalxırıq. Hər halda, bu məktəblərin açılması bizə çox kömək edəcək”.
 
N. Kərimov akademiyanın yaradılması ilə uşaq futbolundakı hansı problemlərin aradan qaldırılacağı ilə bağlı da danışıb. O bildirib ki, bu idman növündə kiçik bir qurumun yaradılması belə futbol üçün təkandır: “Ronaldinyonun adını daşıyacaq akademiya istər-istəməz uşaqları və yeniyetmələri özünə cəlb edəcək. Futbolla məşğul olan uşaqların sayı artacaq və onların arasından bir neçə istedadlısı klubumuzun vasitəsi ilə peşəkar karyeralarını davam etdirəcəklər. Digərləri isə sosial fəaliyyətlərini nisbətən də artırmış olacaqlar”.
 
“Vətən” Futbol Məktəbində çalışan E. Nəsirov buranın akademiyalardan üstün və ya zəif cəhətlərindən də söhbət açıb: “Biz məktəbimizin şəraitinə uyğun olaraq işləmişik. Hazırda bizdə də akademiya açılsa, daha yaxşı inkişaf olacaq. Bu vaxta kimi inkişafımız stadionlarımızla bağlıdır. O stadionlardan biri vaxtilə Qum adasında olub. Haradasa 18 il orda işləmişəm və bir çox yetirmələrim var. Onlardan biri Cavid Hüseynov da hazırda “Qəbələ”nin üzvlərindəndir”.
 
Bakıda “Qalatasaray”, “Beşiktaş”, “Fənərbaxça”, “Yuventus”, “Mançester Yunayted” kimi tanınmış klubların adlarına məktəb açılıb. Bu məktəblərin fəaliyyəti ilə yaxından tanış olmadığını əsas gətirən “Qəbələ” rəsmisi onları Ronaldinyo Akademiyası ilə müqayisə etməyib. Lakin o yeni məktəbin üstün tərəflərini açıqlayıb: “Hazırda əlimizdə müəyyən planlar var. Bunun birinci tərəfi futbola yönələn fəaliyyətimizdir ki, təxminən 6 yaş qrupu üzrə komandaların olması nəzərdə tutulub. Məşqləri 6-7 yaşından başlamaq və 14 yaşda yekunlaşdırmaq istəyirik. Bundan sonra istedadlı futbolçular olarsa, onları “Qəbələ” Akademiyasına göndərib, orda futbol fəaliyyətinin davam etdirilməsini planlaşdırırıq. Müxtəlif yarışlarda iştirak nəzərdə tutulur. Bakı, Azərbaycan birincilikləri ilə yanaşı, beynəlxalq yarışlara qatılmaq niyyətindəyik. Həmçinin Ronaldinyo məktəbləri arasında bir turnir keçirməyi planlaşdırırıq. “Qəbələ” Futbol Akademiyasının müxtəlif yaş qrupları üzrə komandaları əksər Avropa ölkələrində müxtəlif yarışlarda iştirak ediblər. Klub olaraq, özümüz də yarışlar keçirmişik. Lakin orada kütləviliyi istədiyimiz kimi həyata keçirə bilmirdik. Fikrimcə, bu məktəbin nəzdində keçirəcəyimiz yarış daha maraqlı olacaq. Avropada 10, 11, 12 yaşlı uşaqların turnirlərində gördüyümüz, baxaraq təsəvvürümüzdə canlandırdığımız məqamları burada təşkil edəcəyimiz yarışda əyani olaraq bütün azərbaycanlılara göstərmək istəyirik. Yəni futbolu bir turnir deyil, bayrama, şənliyə, festivala çevirmək arzusundayıq ki, həm uşaqlar, həm də valideynlər üçün yaddaqalan hadisə olsun”.
 
Məktəbin sosial istiqamətdə də fəaliyyətindən danışan direktor müavini bildirib ki, akademiyada portuqal dilinin tədrisi də nəzərdə tutulub. O, həmçinin Ronaldinyo Akademiyasının əfsanəvi futbolçunun doğulduğu Qremio şəhərində, həmçinin Dubayda da fəaliyyət göstərən məktəbləri ilə hansı əlaqələr qurulacağını da açıqlayıb.
 
Məşhur klubların və ya futbolçuların uşaq futboluna nə yeniliklər gətirdiyindən danışan E. Nəsirov bildirib ki, əvvəllər “Sevinc kuboku”, məhəllələrarası yarışlar keçirilsə də, son illər belə kütləvilik müşahidə olunmur: “Sovet İttifaqı vaxtı bu ənənəvi idi. Amma indi gözə görünmür. Nə səbəbdəndir, bilmirəm. Uşaqların yetişdirilməsi çox çətindir. Elə bir yerimiz var ki, orada çətin işləyə bilirik. Şəraitə uyğun işləyirik. Çünki mümkün deyil. Mən özümdən götürürəm. Hazırda mənim məşq üçün stadionum yoxdur. Asfaltın üzərində məşq keçirəm və oradan uşaq yetişdirib, verirəm. Yanıma Bakının hər bir tərəfindən uşaqlar gəlir”.
 
N. Kərimovun sözlərinə görə, akademiya kommersiya xarakterli olacaq və uşaqları yetişdirib, klublara verəcək. O, burada ödənişli və ödənişsiz tədrisin hansı prinsiplərlə aparılacağına da aydınlıq gətirib: “Qəbələ” Akademiyasında 250-yə yaxın uşaq futbolla məşğul olur. Amma onların heç biri ödəniş etmirlər. Peşəkar klub olduğumuza görə onları gələcəkdə komandamızda görmək məqsədilə cəlb etmişik. Ronaldinyo Akademiyasına gəlincə, bu da uşaqların arzularını həyata keçirməsi üçün bir vasitədir. Hər kəsin futbol biliyi eyni deyil. İstedadı ilə seçiləcək uşaqlar akademiyaya ödəniş etməyəcəklər. Lakin bu say çox az, təxminən, 10-25 nəfər olacaq. Bu layihə özü-özünü maliyyələşdirməlidir. Həm aylıq ödənişlər, həm də digər marketinq vasitəsilə görüləcək işlər vasitəsilə məktəbin müəyyən gəliri olmalıdır ki, xərclər də qarşılansın və uzunömürlü olsun. Burada maraqlı məqam da ortaya çıxır - “Qəbələ” İdman Klubunun Ronaldinyo məktəbindən əldə edəcəyi qazanc. Yetişəcək futbolçulardan bir neçəsini seçib “Qəbələ”yə aparmaq bizim üçün böyük üstünlükdür. Həmçinin komandalarımız ölkədaxili yarışlara qatılacaqlar və burada yeni rəqabətin, yaxşı klubların yaranmasına səbəb olacaq”.
 
Arif Əsədov, Mirbağır İsayev, Elnur Allahverdiyev, Cavid Hüseynov kimi futbolçular yetişdirən E. Nəsirov hazırda bu səviyyədə oyunçuları yetişdirmək üçün şəraitin lazımı olmamasından gileylənib: “Amma bundan əlavə, bütün məktəblərdə 12 yaşadək uşaqları 2 məşqçi ilə nəzarətdə saxlamaq, bədən tərbiyəsi müəllimləri ilə qeydiyyatını aparmaq lazımdır. Sonra həmin 2 mütəxəssis onlarla 18 yaşa kimi məşğul olub, klublara baxışa göndərsin. Belə olan halda uşaqlar inkişaf edəcəklər. Həm də onlar nə qədər çox oyun keçirsələr, o qədər artıracaqlar və Azərbaycan futboluna xeyir verəcəklər”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

ABŞ S-400 raketləri almaq istəyən Türkiyədən açıqlama tələb edib

25 İyul 2017 00:22

10 yaşlı qız abort etdirmək üçün icazə istəyir -

25 İyul 2017 00:16

Astroloji proqnoz - 25 iyul

25 İyul 2017 00:13

Hamamda halı pisləşən kişi xəstəxanada ölüb

25 İyul 2017 00:05

"Onun əla zərbələri var"

25 İyul 2017 00:05

Sevgilisi: "İrəmin reklama ehtiyacı var?!"

25 İyul 2017 00:05

Sorensen karyerasını başa vurdu

25 İyul 2017 00:05

Günün qoroskopu: yaxın adamlarınızla ciddi münaqişələriniz ola bilər

25 İyul 2017 00:05

Sevgilisi Selenanı bir gün sonra təbrik etdi - FOTO

24 İyul 2017 23:57

Zidan Danilonun əvəzinə müdafiəçi istəmir

24 İyul 2017 23:57

Alimlər Ayda su olduması ehtimalını təsdiqləyən yeni faktlar aşkarlayıblar

24 İyul 2017 23:57

Hamamda halı pisləşdi, öldü

24 İyul 2017 23:54

"Süd məhsulları istifadə etmirəm ki, gözəl qalım"

24 İyul 2017 23:52

"Çox pul xərcləyib bir şeyə nail olmamaq zəiflik əlamətidir"

24 İyul 2017 23:52

Azərbaycan neftinin son qiyməti -

24 İyul 2017 23:49

"Gündəlik ətalətdən uzaqlaşmaq istəyirdim"

24 İyul 2017 23:47

"Onun "Milan"a keçməsini gözləmirdim"

24 İyul 2017 23:42

Əvvəllər satıcı işlədiyi mağazada klip çəkdirir - foto

24 İyul 2017 23:42

Ərdoğan: "İsrail atdığı addımlarla səhvə yol verir"

24 İyul 2017 23:37

Qaxda yanğın olub

24 İyul 2017 23:37

Dubayda dənizin ortasında 134 metrlik qüllə tikiləcək

24 İyul 2017 23:32

Azərbaycanda 44 yaşlı kişi güllələnib

24 İyul 2017 23:32

Oğuzda 44 yaşlı kişi güllələndi

24 İyul 2017 23:29

Bağdadinin real varislərindən biri öldürüldü

24 İyul 2017 23:28

Artıq çəki problemi olanlar üçün çimərlik geyimi modelləri - FOTO

24 İyul 2017 23:27

Trampın kürəkəni etiraf etdi -

24 İyul 2017 23:25

"Barselona"nın planı baş tutmadı

24 İyul 2017 23:22

Alişanın nişanlısı cazibədar fotolarını paylaşdı

24 İyul 2017 23:12

Orta əsrlərdə yaşayan gəncin həyatından son görüntülər - FOTO

24 İyul 2017 23:12

Ancelina, Cennifer və başqa məşhurların gözəllik sirri

24 İyul 2017 23:05

"Panatinaikos"un gündəmindəki futbolçular...

24 İyul 2017 23:05

Rusiya Suriyadakı iki yeni təhlükəsizlik zonasına hərbi polis yerləşdirib

24 İyul 2017 22:58

Eks-mer ABŞ-ın baş prokuroru ola bilər

24 İyul 2017 22:57

"Onlara şahzadə Diananın kim olduğunu mən öyrədirəm"

24 İyul 2017 22:52

“Mançester Siti”dən daha bir rekord transfer

24 İyul 2017 22:49

BMT Donbasa sülhməramlı kontingent göndərməyi planlaşdırmır

24 İyul 2017 22:47

"Azərbaycan yük daşınmaları sahəsində mühüm ölkədir"

24 İyul 2017 22:42

Avropa Olimpiya festivalında iştirak edən idmançılarımızla Olimpiya kəndində görüş keçirilib - FOTO

24 İyul 2017 22:37

Yardımlıda qədim yaşayış yerləri aşkarlanıb

24 İyul 2017 22:36

Maşında kondisioner: komfort yoxsa təhlükə?

24 İyul 2017 22:32

Sərxoş qız bacısının ölümünü lentə aldı - VİDEO

24 İyul 2017 22:27

Azərbaycan neftinin SON QİYMƏTİ

24 İyul 2017 22:27

Rusiyada şaxtada partlayış baş verib

24 İyul 2017 22:17

24 ildir ki, işğalda qalan məscidin açarlarını özündə saxlayır - VİDEO

24 İyul 2017 22:17

İxtisas seçimində diqqətli olun - VALİDEYNLƏR, BUNU ETMƏYİN - VİDEO

24 İyul 2017 22:12

Merilin Monronun indiyədək üzə çıxmayan fotoları

24 İyul 2017 22:12

Mələklərin var olduğunu sübut edən görüntülər-

24 İyul 2017 22:12

Hamı çatmaqaş, hamı çələngli: Dünyanın Frida xoşbəxtliyi - FOTO

24 İyul 2017 22:05

Ən bahalı və ən ucuz ixtisaslar - VİDEO

24 İyul 2017 21:57

"Gəldik ki, yanğınsöndürənlər yaxınlaşa bilmir" - Xaçmazda yanan bazarın görüntüləri - VİDEO - FOTO

24 İyul 2017 21:57