Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan Belarusa II Avropa Oyunları ilə əlaqədar göstərəcəyi köməyi açıqlayıb

Azərbaycan Belarusa II Avropa Oyunları ilə əlaqədar göstərəcəyi köməyi açıqlayıb

Date: 28 October 2016 13:02

Bakı. 28 oktyabr. REPORT.AZ/ "Azərbaycan 2019-cu ildə II Avropa Oyunlarını keçirəcək Belarusa heç bir maddi yardım etməyəcək". 
"Report"un məlumatına görə, bunu Milli Olimpiya Komitəsinin prezidenti Çingiz Hüseynzadə bu gün keçirilən mətbuat konfransında deyib.
"Belarusa təşkilati yardım göstərə bilərik. Bizim güclü yerli mütəxəssislərimiz var. Belarus prezidenti ilə bu məsələyə dair söhbətimiz olub. Öz dəstəyimiz, məsləhətlərimizi əsirgəməyəcəyik. Lazım gələrsə, öz mütəxəssislərimizi kömək üçün göndərə biləcəyik. Ancaq maddi yardımdan söhbət gedə bilməz".
Qeyd edək ki, I Avropa Oyunları 2015-ci ildə Azərbaycanda keçirilib. II Avropa Oyunlarına isə Belarus ev sahibliyi edəcək.

Tags:  Azərbaycan Belarusa II Avropa Oyunları əlaqədar göstərəcəyi köməyi açıqlayıb

RƏYLƏR


Top news