Milli Olimpiya Komitəsində "Rio-2016"ya həsr olunan mətbuat konfransı keçirilib

Milli Olimpiya Komitəsində "Rio-2016"ya həsr olunan mətbuat konfransı keçirilib
13:02 28 Oktyabr 2016
36 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 28 oktyabr. REPORT.AZ/ 2016-cı il Rio-de-Janeyro Yay Olumpiya Oyunlarına və "Agenda 2020" tövsiyələr kitabına dair mətbuat konfransı keçirilib. 
"Report"un məlumatına görə, tədbirdə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, Nəşriyyat İnformasiya idarəsinin rəisi Cəmaləddin Rəhmanov və Marketinq departamentinin direktoru Mehman Kərimov iştirak edib.

İlk olaraq qonaqlar "Rio-2016"ya həsr olunan video çarxı izləyib.

Ardınca C.Rəhmanov və M.Kərimov "Olimpiya Gündəliyi 2020" və 20+20 Tövsiyyələr Toplusunda Olimpiya Hərəkatında gender bərabərliyi, olimpiya təhsili, dayanıqlı inkişaf marketinq fəaliyyəti haqqında təqdimatlar edib.

M.Kərimov olimpiadada gender bərabərliyinin olmasından danışıb: "Olimpiya Gündəliyi 2020" nəşrində gender bərabərliyi ilə bağlı hissə yer alıb. Burada məqsəd iştirakçıların 50%-nin qadın, 50%-nin isə kişi idmançılar olmasıdır. Kitabda tövsiyələr də yer alıb. Burada dopinqlə bağlı, ilboyu olimpiyanın diqqətdə saxlanılması, olimpiya təhsili və s. məsələlər yer alıb. MOK-lar öz ölkələrində UNESCO ilə tərəfdaşlığı gücləndirməli və olimpiya təhsilinə diqqət ayırmalıdır".

C.Rəhmanov Azərbaycanda son dövrlərdə inşa edilən idman infrastruklarından danışıb: "Bir vaxtlar bərbad vəziyyətdə olan ərazi abadlaşdırıldı və Bakı Olimpiya Stadionu inşa edildi. Bundan başqa bir neçə idman qurğusu tikildi. Bu da böyük yarışların təşkilati ölkələrin həll etməli olduğu birinci məsələlərdəndir".

Ç.Hüseynzadə "Agenda 2020" və Avropa Olimpiya Komitəsinin Baş Assambleyası haqqında son məlumatları bildirib: "Olimpiya hərəkatı yalnız Olimpiya yarışlarından ibarət deyir. Bu, insanların həyatını əhatə edən geniş bir hərəkatdır. İnsan həyatında idman, təhsil məsələləri vacibdir. Bunlar idmanın ətrafında olan məsələlərdir. Jurnalistlərdən xahiş edirəm ki, yalnız idmançının nəticələrini, emosiyalarını deyil, onların ətraflaırnı, istirahətlərini, qeyd etdiyim məsələləri də ictimaiyyətə çatdırsınlar. Məktəblərdə olimpiya klubu yaradılacaq. Bu barədə təhsil naziri ilə də görüşmüşəm. İdeya var, amma hələ müzakirə edəcəyik. İdman yarışlarının bütün televiziyalarda yayımlanması böyük məsələdir. Dünyada böyük yarışlarda əsas maliyyə gəliri televiziyalardır. Amma bizdə bu fərqlidir. 10 il bundan əvvəl Azərbaycanda heç bir idman kanalı yox idi. Amma indi 2-si fəaliyyət göstərir. Birindən başqa hamısı özəl kanallardır və biz heç nə deyə bilmərik".
MOK rəsmisi hazırda fəaliyyəti qənaətbəxş olmayan idman federasiyaları ilə bağlı fikirlərini bildirib: "Federasiyalar ictimai təşkilatlardır və heç biri dövlətdən maliyyə almır. MOK da belədir. İdman muxtariyyəti var. Heç bir beynəlxalq və yerli idman idman təşkilatları təzyiqə məruz qalmamalıdır. Federasiyaların maliyyəşməsi onun öz fəaliyyətindən asılıdır".

Sonda mətbuat nümayəndələrinin sualları cavablandırılıb.

Xəbərin orijinal ünvanı: http://report.az/ferdi/milli-olimpiya-komitesinde-rio-2016-ya-hesr-olunan-metbuat-konfransi-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR