Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bəşər Əsəd kürdlərlə gizli sövdələşməyə getdi - SƏNƏDLƏR

Bəşər Əsəd kürdlərlə gizli sövdələşməyə getdi - SƏNƏDLƏR

Date: 28 October 2016 13:05

Keçən ay Suriyada hakimiyyətdə olan Bəşər Əsəd ilə ölkənin bir hissəsinə nəzarət edən kürdlərin PYD qruplaşması arasında Rusiyanın təşkilatçılığı və vasitəçiliyi ilə görüş baş tutub.

Milli.Az lent.az-a istinadən bildirir ki, bu barədə Türkiyənin "Cumhuriyyət" qəzeti məlumat yayıb.

Bildirilir ki, gizli keçirilən görüşdə kürd tərəfi Suriyanın federasiyaya çevrilməsini, kürdlərin hərbi qüvvəsi sayılan YPG-nin isə bu quruluş çərçivəsində asayişi təmin edən güc olmasını təklif edib.
 
Sentyabrın 17-də Afrinin 100 kilometr cənubundakı "El Humeyim" bölgəsindəki rus hərbi bazasında baş tutan görüşdə hökumət və kürd təmsilçiləri ilə yanaşı, Rusiyanı təmsil edən şəxslər də iştirak ediblər. Bəşər Əsəddən ən yüksək siyasi muxtariyyət tələb edən kürdlər onun adamlarına 9 maddəlik təkliflər toplusu da təqdim edib. Bu sənəddə kürdlərə və digər etniklərə sosial və siyasi sərbəstliyin verilməsi, özünüidarə hüququnun tanınması, asayişin təmin edilməsi kimi məqamlar yer alıb.
 
Görüşün nəticəsi olaraq birgə komissiyanın yaradılacağı qərarının verildiyi bildirilir.

Milli.Az



Tags:  Bəşər Əsəd kürdlərlə gizli sövdələşməyə getdi SƏNƏDLƏR

RƏYLƏR


Top news