Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Günay Sığorta"nın baş ofisi yeni ünvana köçüb

"Günay Sığorta"nın baş ofisi yeni ünvana köçüb

Date: 28 October 2016 13:07

Bakı. 28 oktyabr. REPORT.AZ/ "Günay Sığorta" ASC baş ofisinin yerini yenidən dəyişib. "Report" xəbər verir ki, şirkət Bakı şəhəri, Nərimanov rayonu, B.Dadaşov küçəsi, 31/11 ünvanına köçüb.
Xatırladaq ki, indiyə qədər "Günay Sığorta" bir neçə ay bundan əvvəl aktivlərini aldığı "Buta Sığorta" ASC-nin fəaliyyət göstərdiyi ünvana - Bakı şəhəri, Binəqədi rayonu, 3066-cı məhəllə, ev 168 B ünvanına köçmüşdü.
"Günay Sığorta" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 7,7 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 1 000 manat olan 7 700 səhm əsasında formalaşıb. Şirkətin səhmlərinin 71,94%-i Şirinova Yeganə Məmməd qızına, 16,61%-i "Günay Bank" ASC-yə, 11,45%-i isə Məmmədova Xanım Nadir qızına məxsusdur. 

Tags:  Günay Sığortanın baş ofisi yeni ünvana köçüb


RƏYLƏR


Top news