"Lada" yola 1200 manatlıq ziyan vurdu - FOTO

"Lada" yola 1200 manatlıq ziyan vurdu - FOTO
13:12 28 Oktyabr 2016
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən gün gecə saatlarında Bakının Nəriman Nərimanov rayonunda baş verən yol qəzası zamanı yol təsərrüfatına ziyan dəyib.

"Azəravtoyol" ASC-dən Milli.Az-a verilən məlumata görə, "Lada Priora" markalı avtomobilin Ziya Bünyadov prospektinin Atatürk prospekti ilə kəsişməsində yerləşən yol ötürücüsündə "20 Yanvar" dairəsi istiqamətində hərəkətdə olarkən körpünün məhəccərlərinə çırpılıb, nəticədə məhəccərlərin bir hissəsi dağılıb və deformasiyaya uğrayıb.

Hadisə yerinə baxış keçirilərkən məlum olub ki, qəza zamanı yol ötürücüsünün 8 poqonmetr məhəccəri dağılıb və deformasiyaya uğrayıb, nəticədə yol təsərrüfatına təqribən 1200 manat ziyan dəyib. Dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyatı üzrə göndərilib.

Yusif Nəsirli
Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/484007.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR