Siyavuş Novruzov: “Azərbaycan din sahəsində öz mütəxəssislərindən istifadə etməlidir”

Siyavuş Novruzov: “Azərbaycan din sahəsində öz mütəxəssislərindən istifadə etməlidir”
13:17 28 Oktyabr 2016
29 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 28 oktyabr. REPORT.AZ/ “Cinayət Məcəlləsinə edilən dəyişiklik Azərbaycandan xarici ölkələrə gedib orada din adı altında ayrı-ayrı qruplaşmalarda fəaliyyət göstərməyin qarşısını alacaq”.
“Report”un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin Dini qurumlar və ictimai birliklər komitəsinin sədri Siyavuş Novruzov deyib.
O bildirib ki, müstəqillik dövründən bu günə qədər Azərbaycanda 3 min nəfər xaricdə dini təhsil alıb: “Azəraycanda 2166 məscid var, onun da 1600-ü daimi fəaliyyət göstərir. Həmin şəxslərdən 200 nəfəri həmin məscidlərdə bu və ya digər funksiyaları yerinə yetirir. Bu gün Azəraycanda həm Bakı Dövlət Universitetində, həm də Bakı İslam Universiteti fəaliyyət göstərir ki, ölkəmiz bu ali məktəblər vasitəsilə öz mütəxəssislərini yetişdirir. Artıq bu proses gedir və davamlı şəkildə aparılacaq". 

Xəbərin orijinal ünvanı: http://report.az/din/siyavus-novruzov-azerbaycan-din-sahesinde-oz-mutexessislerinden-istifade-etmelidir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR