Siyavuş Novruzov: “Xaricdə dini təhsil alan 200 nəfər...”

Siyavuş Novruzov: “Xaricdə dini təhsil alan 200 nəfər...”
13:18 28 Oktyabr 2016
34 Ölkə
Ölkə mətbuatı
A- A+

“Azərbaycan müstəqillik əldə etdiyi ildən bu yana 3 min nəfər xaricdə dini təhsil alıb. Ölkəmizdə 2166 məscid mövcuddur ki, onlardan 1600-ü daimi fəaliyyət göstərir. Xaricdə təhsil alanlardan 200 nəfəri həmin məscidlərdə bu və ya digər funksiyaları yerinə yetirirlər”.

Publika.az xəbər verir ki, bunu Milli Məclisdə “Dini etiqad azadlığı haqqında” qanun layihəsinin müzakirəsi zamanı İctimai birliklər və dini icmalar komitəsinin sədri Siyavuş Novruzov deyib.

O, əlavə edib ki, hazırda ölkədə Bakı Dövlət Universiteti, eləcədə İslam Universiteti kadrlar hazırlayır: “Biz öz mütəxəsislərimizdən istifadə etməliyik və bu, vacib məsələdir. Eyni zamanda qeyd edim ki, xaricdə təhsil almaq məsələsi də gündəliyimizdə var”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/173859.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR