Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Dilqəm Əsgərovun oğlu: "Ölsəm belə, atamı görməyə gedəcəm" - FOTO

Dilqəm Əsgərovun oğlu: "Ölsəm belə, atamı görməyə gedəcəm" - FOTO

Date: 28 October 2016 13:27

Artıq 3 ilə yaxındır ki, erməni girovluğunda saxlanılan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov çarəsiz durumdadır.

Milli.Az bildirir ki, bu haqda modern.az-a danışan girovun oğlu rəsmi qurumların məsələyə laqeyidliyindən narazılığını ifadə edib:
 
"Uzun müddətdir ki, atamdan nə normal xəbər alıram, nə də hansısa qurumun normal iş həyata keçirdiyini görürəm. Ayda bir dəfə məktub gəlir, onu da kimin yazdığını bilmirəm artıq. Bu belə davam edə bilməz".
 
K.Əsgərov sonunda ölüm olsa da, atasını görməyə gedəcəyini deyir:
 
"Əgər bacarmırlarsa, mən özüm atamın arxasınca gedəcəm. Ermənilərdən də qorxmuram. Sadəcə, bizimkilər imkan versinlər ki, mən oraya gedə bilim.
Tək Kəlbəcərdən yox, Qarabağdan - Ağdam, Qubadlı, Zəngilan, Laçın rayonlarının hərəsindən 2-3 könüllü olsa, yığışıb Kəlbəcərə gedəcəm. Sonunda ölüm varsa belə, atama qovuşmaq istəyirəm".
 
2014-cü il iyul ayında soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, onlarla birlikdə olan Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyidi düşməndən alınaraq Bakıda dəfn edilib.
İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində "məhkəmə" qurulub. "Məhkəmə"nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Milli.Az



Tags:  Dilqəm Əsgərovun oğlu Ölsəm belə atamı görməyə gedəcəm FOTO


RƏYLƏR


Top news