Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Deputatdan TƏKLİF: "Ermənilərin Bakıya gəlməsinə icazə verməliyik"

Deputatdan TƏKLİF: "Ermənilərin Bakıya gəlməsinə icazə verməliyik"

Date: 28 October 2016 13:37

"Beynəlxalq aləmdə elə ermənilər var ki, onlar Azərbaycana qarşı loyal mövqedədirlər".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu millət vəkili Zahid Oruc Milli Məclisin bu gün keçirilən iclasında deyib.

Z.Oruc bildirib ki, Ermənistan bir çox zamanlarda ayrı-ayrı şəxslərdən ölkəmizə qarşı istifadə edib: "Biz səngərdə dayanan erməni ilə mülki ermənini ayırmalıyıq. Biz qanunlarımıza, konstitusiyamıza hörmət edən, Şəhidlər xiyabanında baş əymək istəyən ermənilərin Bakıya gəlməsinə icazə verməliyik. Bu yaxınlarda da gördük ki, İsveçrədə mühacirətdə yaşayan Vaqe Avetiyan Bakıya gəlmişdi, ermənilərin törətdiyi əməllərə görə üzr istəmişdi və Şəhidlər xiyabanını ziyarət etmək istəyirdi".

İclasda çıxış edən deputat Fəzail Ağamalı bildirib ki, Rusiya və İran Ermənistana qarşı təzyiqlərini bir daha artırsın: "Hər iki ölkə işğalçılıq siyasətini davam etdirdiyinə görə Ermənistana təzyiq etməlidir. Həmçinin, Ermənistana qarşı sanksiya tətbiq olunmalıdır. Çünki Azərbaycanın hər iki qonşu dövlətlə münasibətləri yaxşıdır".

Milli.Az


Tags:  Deputatdan TƏKLİF Ermənilərin Bakıya gəlməsinə icazə verməliyik

RƏYLƏR


Top news