Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Azərbaycanda dini ekstremizim əleyhinə əməliyyat aparan orqana əlavə səlahiyyətlər verilib

Azərbaycanda dini ekstremizim əleyhinə əməliyyat aparan orqana əlavə səlahiyyətlər verilib

Date: 28 October 2016 13:52

Bakı. 28 oktyabr. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin bu gün keçirilən plenar iclasında “Dini etiqad azadlığı haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Qaz təchizatı haqqında”, “Elektroenergetika haqqında”, “Su təchizatı haqqında”, “Telekommunikasiya haqqında” və “Yol hərəkəti haqqında” qanunlarına dəyişiklik layihələri müzakirəyə çıxarılıb.
“Report”un xəbərinə görə, “Dini etiqad azadlığı haqqında” qanuna edilən dəyişikliyə əsasən, ölkədə dini ekstremist fəaliyyətlə məşğul olan dini qurumların fəaliyyəti qadağan edilir. 
Bundan başqa, dini ekstremist fəaliyyətlə məşğul olma dini qurumun ləğv edilməsinə səbəb olacaq.
“Kütləvi informasiya vasitələri haqqında” qanuna edilən dəyişikliyə görə, dini ekstremizm əleyhinə aparılan əməliyyat barədə məlumatlar əməliyyat aparan orqanın müəyyən etdiyi formada və həcmdə veriləcək.
“Qaz təchizatı haqqında”, “Elektroenergetika haqqında”, “Su təchizatı haqqında”, “Telekommunikasiya haqqında” qanunlarına edilən dəyişikliyə əsasən, dini ekstremizim əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanın göstərişi əsasında məhkəmə qərarı ilə qazın, işığın, suyun verilməsi dayandırıla, rabitə xidmətləri məhdudlaşdırıla bilər.
Bundan əlavə, “Yol hərəkəti haqqında” qanunun 12-ci maddəsinə təklif olunan əlavələr layihəsi də müzakirəyə çıxarılıb.
Bu qanun yollarda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və rahat hərəkətini təşkil etmək məqsədi ilə kompleks tədbirlər həyata keçirilməsi, yol hərəkəti ilə bağlı insanların həyatının və sağlamlığının qorunması, ətraf mühitin, xüsusi, bələdiyyə və dövlət əmlakının mühafizəsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və onların ağırlıq dərəcəsinin aşağı salınması üçün tədbirlər görülməsinin hüquqi əsaslarını və bu sahədə dövlətin, habelə yol hərəkəti iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən edir.
Dəyişiklik layihəsinə əsasən, ölkədə hansı ərazidə dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparılırsa, orada əməliyyatı aparanlara yol hərəkətini müvəqqəti məhdudlaşdırmaq və ya qadağan etmək səlahiyyəti verilir.
Dəyişiklik layihələrinə səsverməyə qoyularaq qəbul edilib.

Tags:  Azərbaycanda dini ekstremizim əleyhinə əməliyyat aparan orqana əlavə səlahiyyətlər verilib

RƏYLƏR


Top news