Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Əlinizi çimdikləyəndə bu, baş verirsə, deməli...

Əlinizi çimdikləyəndə bu, baş verirsə, deməli...

Date: 28 October 2016 13:53

Dünya əhalisinin yarısından çoxu özünün də xəbəri olmadan bənədi susuz qalır. Susuzluq, müxtəlif sağlamlıq problemlərinə gətirib çıxarır. Bəs orqanizmin susuz qaldığı necə başa düşmək olar?

Publika.az-ın sağlamlıq bölməsi orqanizminizin susuz qaldığını göstərən başlıca əlamətləri təqdim edir.

Vücudun susuz kaldığının belirtileri

Susuzluq hissi

Ağız quruluğu

Yorğunluq

Narahatlıq və həssaslıq

Tünd sarı rəngli sidik

Dəridə quruluq

Qəbizlik

Huşunu itirmək

Baş ağrısı

Ağız qoxusu

Şirniyyat istəyi

Əzələ ağrıları

Sürətli ürək döyüntüsü

Sürətlə nəfəs alıb-vermək

Ətrafa boş-boş baxmaq

Aşağı təzyiq

Dəridə həddən artıq quruluq və çatlar

Şiddətli baş ağrısı

Çox tünd rəng sidik və ya sidikdən çox pis qoxu gəlməsi

İsti havalarda da tərləməmək

Vücudun susuz kaldığının belirtileri

Əlinizin üstünü çimdikləyin. Dəriniz dərhal əvvəlki halına qayıdırsa, bədəniniz susuz deyil. Dəriniz bir müddət o şəkildə qalırsa, deməli, orqanizmin suya ehtiyacı var.

Vücudun susuz kaldığının belirtileri

Gündə nə qədər su içildir? (Çəkiyə görə suyun miqdarı)

9 kq: 0.25 litr

18 kq: 0.5 litr

27 kq: 0.75 litr

36 kq: 1 litr

45 kq: 1.25 litr

54 kq: 1.5 litr

63 kq: 1.75 litr

72 kq: 2 litr

81 kq: 2.25 litr

90 kq: 2.5 litr

99 kq: 2.75 litr

108 kq: 3 litr

117 kq: 3.25 litr

Vücudun susuz kaldığının belirtileri

İnsan vücudunun 60-80 faizi sudan ibartədir. Kifayət qədər su içməyəndə qanda suyun miqdarı 8 faiz azalır. Bu, damarlarımız daralmasına, qan laxtalanmasına və yüksək təzyiqə səbəb olur. Ürək xəstəlikləri və infarkt riskini artırır. Hüceyrələr arası boşluqlarda 26 faizə qədər su azalır. Bu, turşu səviyyəsində artıma, böyrək daşlarına, sümüklərin əriməsinə və immunitet sisteminin zəifləməsinə səbəb olur.

Vücudun susuz kaldığının belirtileri

Hüceyrələrdə də suyun miqdarı normadan 66 faiz aşağı düşür. Bu isə yüksək xolesterin, zəif metabolizm və dərinin tez qocalmasına səbəb olur. Susuz qalan hüceyrələr yağı effektiv şəkildə yandıra bilməyəcək. Bu halda köklük qaçılmaz hal alır.

Aytən


Tags:  Əlinizi çimdikləyəndə bu baş verirsə

RƏYLƏR


Top news