Ülviyyə Könül niyə klip çəkmir?

Ülviyyə Könül niyə klip çəkmir?
13:56 28 Oktyabr 2016
73 Şou
Ölkə mətbuatı
A- A+

“Klipləri nadir hallarda çəkirəm, böyük filmlər lentə alıram. Amerikada çəkdiyim “Həddən artıq uyğunluq” filmimin hazırlıqları başa çatıb. Dekabrda təqdimat olacaq”.

Bu sözləri Axşam.az-a açıqlamasında rejissor, əməkdar mədəniyyət işçisi Ülviyyə Könül deyib.
Yeni filmindən danışan rejissor klip çəkməməsinin səbəbini açıqlayıb:

“Film Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Kinostudiyasının sifarışi ilə çəkilib. Romantik komediya janrındadır. Böyük film çox vaxt tələb edir. Ona görə də klip çəkməyə vaxtım qalmır. Həm də bu yaxınlarda fəxri ad aldım. Artıq məsuliyyətim artıb, böyük işlərə imza atmalıyam. Şou-biznesdən mədəniyyətə keçdim. Həm yaş öz sözünü deyir, ciddi işlərlə məşğul olmaq vaxtıdır”.

Ü.Könül bildirib ki, “Zima” musiqi festivalının üzərində rejissor kimi çalışmağa başlayıb. 

Rejissor klip sahəsindəki zəiflikdən söz açıb:

“O vaxtki klip bazarı öldü, getdi. Yeni nəfəslər, səslər başladı. Yeni ifaçılardan az adamlarla çalışıram. Sözlərini demiş müğənnilərin çoxu xaricdə klip çəkdirir. Bunlar Aygün Kazımova, Röya Ayxandır. Zülfiyyə Xanbabayeva isə heç klip çəkdirmir. Telekanalları izləmirəm. Sosial şəbəkədə qarşıma nə çıxırsa, ona baxıram”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60067

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR