Dmitri Kiselyov: "Prezident İlham Əliyev regional lider kimi yeni ideyalarla çıxış edir"

Dmitri Kiselyov: "Prezident İlham Əliyev regional lider kimi yeni ideyalarla çıxış edir"
13:57 28 Oktyabr 2016
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Prezidenti İlham Əliyev ilə bir neçə dəfə görüşmüşəm və o, məndə dünya miqyaslı dövlət xadimi təəssüratı yaradıb. Avropada belə dövlət xadimlərinə az-az rast gəlinir. Elə prezident İlham Əliyevin reytinqinin yüksək olması da bunu göstərir. Azərbaycanın prezident sarıdan bəxti gətirib. Elə Rusiyanın da indiki prezidenti baxımından bəxti gətirib.

Milli.Az bildirir ki, bu sözləri "Rossiya seqodnya" beynəlxalq informasiya agentliyinin baş direktoru Dmitri Kiselyov AZƏRTAC-a müsahibəsində deyib.

Bu günlərdə Azərbaycan prezidentindən müsahibə almış jurnalist dövlətimizin başçısını müstəqil siyasət yürüdən, eyni zamanda, ətraf dövlətlərlə də mehriban qonşuluq münasibətləri yarada bilən uzaqgörən siyasi xadim kimi səciyyələndirərək deyib: "Prezident İlham Əliyev ilə ünsiyyət məndə dərin təəssürat doğurdu. O, müstəqil düşünən, olduqca savadlı, fiziki və mənəvi cəhətdən sağlam adamdır. Düşünürəm ki, İlham Əliyev sözün həqiqi mənasında müstəqil dövlət xadimidir. O, heç kimin - nə Rusiyanın, nə ABŞ-ın, nə də Türkiyənin diktəsi ilə hərəkət etmir. Eyni zamanda, qonşu ölkələrlə mədəni əlaqələri, dostluq və qardaşlıq münasibətlərini də nəzərdən qaçırmır".

Siyasi arenada yaranan İran-Azərbaycan-Rusiya və Türkiyə-Azərbaycan-Rusiya üçlüklərinin regional problemlərin həllində yeni perspektivlər açdığını qeyd edən rusiyalı jurnalist prezident İlham Əliyevin regional lider kimi yeni ideyalarla çıxış etdiyini də diqqətə çatdırıb.

Sonda D.Kiselyov Azərbaycan prezidentinə və xalqına rifah arzulayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/484050.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR