Millət vəkilindən TƏKLİF: “Ermənilər Azərbaycana buraxılsın”

Millət vəkilindən TƏKLİF: “Ermənilər Azərbaycana buraxılsın”
13:58 28 Oktyabr 2016
73 Ölkə
Ölkə mətbuatı
A- A+

“Çalışmalıyıq ki, Rusiya və İran dövlətləri işğalçı Ermənistana qarşı təzyiqlərini artırsın”.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı bildirib.

F.Ağamalı deyib ki, Rusiya və İran işğalçılıq siyasətini davam etdirdiyinə görə Ermənistana təzyiq etməlidir: “Həmçinin bu ölkələr tərəfindən işğalçı Ermənistana sanksiya tətbiq olunmalıdır. Çünki Azərbaycanın hər iki qonşu dövlətlə münasibətləri yaxşıdır”.

Deputat Zahid Oruc isə işğalçılıq ideyalarından uzaq olan ermənilərin Azərbaycana buraxılmasına icazə verilməsini vacib sayıb: “Beynəlxalq aləmdə elə ermənilər var ki, onlar Azərbaycana qarşı loyal mövqedədirlər. Ermənistan zamanla ayrı-ayrı şəxslərdən ölkəmizə qarşı istifadə edib. Biz səngərdə dayanan erməni ilə mülki ermənini ayırmalıyıq, qanunlarımıza, Konstitusiyamıza hörmət edən, Şəhidlər Xiyabanında baş əymək istəyən ermənilərin Bakıya gəlməsinə icazə verməliyik. Bu yaxınlarda da gördük ki, İsveçrədə mühacirətdə yaşayan Vaqe Avetiyan Bakıya gəlmişdi, ermənilərin törətdiyi əməllərə görə üzr istəmişdi və Şəhidlər Xiyabanını ziyarət etmək istəyirdi.

Sabah Azərbaycanın ərazi bütövlüyünə, Konstitusiyasına və qanunlarına əməl edəcək şəxs Azərbaycan pasportu istəsə, ona hansı mövqe sərgilənəcək? Nəzərə almalıyıq ki, xeyli sayda erməni var ki, Azərbaycan qanunlarına və ərazi bütövlüyünə hörmət edirlər. Gərək biz bundan yararlanaq. Çünki Ermənistan rəhbərliyi Ələkrəm Hümmətov, Fəxrəddin Abbasov və digrələrindən yararlanıblar. Biz bu yolla erməni cəmiyyətində yeni bir situasiya yaratmış olarıq. Ona görə də hesab edirəm ki, Azərbaycanən ərazi bütövlüyünü, Konstitusiyanı tanıyan və xalqımıza qarşı cinayətlərdə iştirak etməyən, hadisələrə görə üzr istəyən ermənilərin Azərbaycana girişinə razılıq verməliyik. Əgər Azərbaycan bəyan edibsə ki, biz muxtariyyətə razıyıq, biz səngərdə olan əsgərlərə də bunu çatdırmalıyıq”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/173866.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR