Azərbaycanlı hakimlər alman, italyan və ingilis həmkarlarından yaxşı qazanır - ARAŞDIRMA

Azərbaycanlı hakimlər alman, italyan və ingilis həmkarlarından yaxşı qazanır -   ARAŞDIRMA
14:07 28 Oktyabr 2016
49 İdman
Ölkə mətbuatı
A- A+

Topaz Premyer Liqasının matçlarına təyinat alan hakimlərimizin qazancı barədə az-çox eşitmisiniz. Məlumat üçün bildirək ki, AFFA yüksək dəstənin bir oyununa təyinat alan  şəxslərə aşağıdakı formada qonorar ödəyir.


Baş hakim: 700 (manat)

Köməkçi hakimlər: 400

Əlavə köməkçi hakimlər: 400

Ehtiyat hakim: 250

Hakim-inspektor: 300

AFFA nümayəndəsi: 300


2015/16 mövsümündə Premyer Liqa matçlarına ən çox təyinat alan referi Rəhim Həsənov olub. O, 25 görüşdə fit çalmaqla, illik 17.500 manat qazanıb. 


Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı isə 2015-ci il ərzində 466.4 manat olub. İllik - 5592 manat. Bu isə o deməkdir ki, Rəhim Həsənovun illik qazancı muzdla çalışan işçilərin gəlirindən 3.12 dəfə çoxdur.


İndi sual yaranır: Topaz Premyer Liqasında fit çalan referilərə orta illik əmək haqqının 3 mislini ödəmək düzgündürmü?


Məsələyə aydınlıq gətirməyin tək yolu - müqayisə aparmaqdır. 


Fanat.Az “Böyük beşlik” ölkələrində yüksək dəstədə oyun idarə edən baş hakimlərin illik qazancını və həmin ölkələrdə orta illik əmək haqqının məbləğini diqqətinizə çatdırır.


Qeyd edək ki, muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı ilə müqayisədə, ən çox La Liqa hakimləri qazanır - 7.65 dəfə çox. Ən az qazananlar isə fransızlardı - 2.1 dəfə. Bu rəqəm İngilərədə 2.98, Almaniyada 2.7,  İtaliyada isə 3.2 dəfə çox təşkil edir.

 

İngiltərə

“Böyük beşlik” ölkələrindən yalnız İngiltərə Premyer Liqasında fit çalan hakimlərin qonorarla yanaşı, əmək haqqının müəyyən edilmiş hissəsi var - illik 38.5 min funt-sterlinq. Həmçinin, referilər hər oyuna görə 1170 funt-sterliq qonorar alırlar. Britaniyalı həmkarlarımızın hesablamalarına görə, ən uğurlu hakimlərdən olan Martin Atkinson illik 100 min qazanır.

Orta illik əmək haqqı: 33.517 funt-sterlinq.


İspaniya

İspaniyada referilər hər matça görə 6 min avro qonorar alırlar. Bu isə illik təxminən 216 min avro təşkil edir.

Orta illik əmək haqqı: 28.224 avro.


Almaniya

Bundesliqada oyun idarə edən hakimlər matçbaşı 3600 avro qazanırlar. Yəni, illik 129,6 min.

Orta illik əmək haqqı:  47,700 avro.


İtaliya

İtaliyada referilər hər oyuna görə 3400 avronu ciblərinə qoyurlar. İllik qazancları isə 122 min avro civarındadır.

Orta illik əmək haqqı: 37,848 avro. 


Fransa

Fransızların qazancı digərləri ilə müqayisədə azdır - hər oyuna görə 2751 avro. Yəni, illik 99 min avro.

Orta illik əmək haqqı: 45,972 avro.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-azrbaycanl-hakimlr-alman-italyan-v-ingilis-hmkarlarndan-yax-qazanr-t53704.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR