Amaliya Pənahovadan Fuad Poladovun gedişinə qəribə REAKSİYA

Amaliya Pənahovadan Fuad Poladovun gedişinə qəribə REAKSİYA
14:18 28 Oktyabr 2016
211 Şou
Ölkə mətbuatı
A- A+

Xalq artisti, Rus Dram Teatrının aktyoru Fuad Poladov Azdrama səhnəsində son tamaşada “Müsyö İbrahim və quran çiçəyi”ndə oynayaraq teatrı birdəfəlik tərk edəcək.

Xatırladaq ki, Fuad Poladov uzun illər öncə “Azdrama”nın keçmiş rəhbəri, mərhum aktyor Həsənağa Turabovla aralarında baş verən inciklik nəticəsində teatrı tərk etmişdi. Həmin ərəfədə teatrı tərk edənlər sırasında Amaliya Pənahova da olub.

Publika.az Xalq artisti Amaliya Pənahovanın bu məsələyə münasibətini öyrənməyə çalışıb.

Maraqlıdır ki, A.Pənahova bizimlə bir qədər danışdıqdan sonra Fuad Poladovla bağlı sualımıza eşidən kimi telefonu söndürdü.

Qeyd edək ki, Fuad Poladov bu qərarından sonra dəfələrlə teatra dəvət alsa da, qəbul etməyib.

Xatırladaq ki, Azərpaşa Nemətovla yaxın dost olan Fuad Poladov 2002-ci ildə “Azdrama”nın səhnəsində “Hamlet” tamaşasında çıxış edib. Böyük bir mədəniyyət hadisəsi kimi qiymətləndirilən tamaşanın rejissoru da həmin vaxt Teatr Xadimləri İttifaqının sədri vəzifəsini icra edən Azərpaşa Nemətov olub.

Onu da qeyd edək ki, sonralar “Azdrama”ya direktor təyin olunan Maqbet Bünyadov Azərpaşa Nemətovla aralarındakı narazılıq səbəbindən həmin tamaşanı teatrın repertuarından yığışdırmışdı.

Aktyoru üçüncü dəfə teatra qaytaran da elə Azərpaşa Nemətov olub. Nemətov ötən il “Azdrama”ya baş rejissor təyin olunandan sonra Fuad Poladovun teatra yenidən qayıtmasına nail ola bilib. Təəssüf ki, teatr bu dəfə də Fuad Poladovu itirdi.

Cəvahir Səlimqızı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/173870.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR