Lavrov Xəzərin statusuna dair Konvensiyanın V Xəzər sammitində imzalanacağına ümid edir

Lavrov Xəzərin statusuna dair Konvensiyanın V Xəzər sammitində imzalanacağına ümid edir
14:22 28 Oktyabr 2016
19 Ölkə
Ölkə mətbuatı
A- A+

Moskva Xəzərin hüquqi statusuna dair Konvensiyanın V Xəzər sammitində imzalanacağına ümid edir.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşündə deyib.
 
"Bu gün həmçinin Xəzəryanı ölkə başçılarının V sammitinə hazırlıqla bağlı fikir mübadiləsi aparmaq istərdim. Biz həmin sammitdə Xəzərin hüquqi statusuna dair Konvensiyanın imzalanacağına ümid edirik", - deyə rusiyalı nazir vurğulayıb.
 
Rəsmi Moskva bundan əvvəl Xəzərin hüquqi statusuna dair Konvensiyanın 2017-ci ilin əvvəllərində imzalanacağını real hesab etdiyini bəyan etmişdi.
 
Növbəti sammitin Qazaxıstanda keçirilməsi nəzərdə tutulsa da, tarix hələlik dəqiqləşməyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/484052.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR