Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İrəvan SƏKSƏKƏDƏ

İrəvan SƏKSƏKƏDƏ

Date: 28 October 2016 14:22

"Qarabağ cəbhəsində üçüncü müharibə qaçılmaz olacaq".

Milli.Az publika.az-a istinadən bildirir ki, bu barədə erməni politoloq Aleksandr Kananyan deyib.

O, bu müharibənin Ermənistan üçün dəhşətli nəticələrə səbəb olacağını vurğulayıb: "Biz dərk etməliyik ki, Qarabağda yeni müharibə mütləq olacaq, bundan qaçmaq mümkün deyil. Biz Əliyevin nə düşündüyünü, hansı manevrlər qurduğunu anlaya bilmirik, bunu analiz etmək də çətindir. Əgər Əliyev hərəkətə keçəcəksə, əmin olun ki, müharibədə onu uğur gözləyir. Biz düşünməməliyik ki, müharibə nə vaxt başlayacaq, biz bunun qaçılmaz olduğunu dərk etməliyik".

A.Kananyan qeyd edib ki, Ermənistanın daxilindəki problemlər Azərbaycanın əlini gücləndirir.

Milli.Az


Tags:  İrəvan SƏKSƏKƏDƏ

RƏYLƏR


Top news