Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Tolik: "Bu nə səviyyəsizlikdir?" - VİDEO

Tolik: "Bu nə səviyyəsizlikdir?" - VİDEO

Date: 28 October 2016 14:27

Prodüser Tarix Əliyev (Tolik) "Space" telekanalını tənqid edən status yazıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, prodüser işbirliyi qurduğu müğənnilərin bu kanala çıxmasına icazə vermədiyini bildirib. O, bir neçə gün öncə bağlanan "Bu, maraqlıdır" verilişindən görüntüləri paylaşaraq qeyd edib:

"Bu, biabırçılıqdır. İşlədiyim müğənnilərin "Space"də görünməsini hər zaman əngəlləyirəm. Əgər hansısa müğənni özünə hörmət etmirsə, bu, onun öz işidir. Belə gündəmdə olmaqdansa, heç məni çəkməsə, daha yaxşıdır. 8 il qabaq "Space"in vaxtları var idi. İnciməsinlər, amma şəxsən mən və ətrafımdakı insanlar bu kanala baxmırıq. Bu nə səviyyəsizlikdir? Bunu izləyən turistlər, əcnəbilər nə fikirləşəcəklər? 

Belə səviyyəsiz verilişlərdənsə Vaqif müəllimin ("Space" kanalının prezidenti Vaqif Mustafayev - red.) filmlərini efirə vermək daha yaxşı olar. "Yaramaz" filmi bu proqramdan daha səviyyəlidir".
 
Xatırladaq ki, bir müddət öncə Milli Televiziya və Radio Şurasının (MTRŞ) şöbə müdiri Təvəkkül Dadaşov açıqlamasında "Bu, maraqlıdır" verilişində baş verənləri efirin toyxanaya çevrilməsi kimi təqdim etmişdi. Daha sonra isə "Space" kanalının rəhbərliyi açıqlama yayaraq, verilişin bağlandığını elan etmişdilər.

Milli.Az


Tags:  Tolik Bu səviyyəsizlikdir VİDEO

RƏYLƏR


Top news