Azərbaycanlıların Rusiyada nar bayramı - FOTO

Azərbaycanlıların Rusiyada nar bayramı - FOTO
14:27 28 Oktyabr 2016
49 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın Krasnoyarsk şəhərində yaşayan azərbaycanlılar Nar bayramı keçiriblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən Milli.Az-a bildiriblər ki, tədbir Krasnoyarsk diyarı Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Krasnoyarsk regional bölməsi və Rusiya Azərbaycan Gənclər Birliyinin (AMOR) yerli nümayəndəliyi tərəfindən təşkil olunub.

Bayram çərçivəsində Azərbaycan xalqının ədəbiyyatı, milli geyimləri, dekorativ-tətbiqi sənət əşyaları, nardan hazırlanmış ənənəvi milli mətbəxin nümunələrindən ibarət sərgi nümayiş etdirilib. Tədbirin keçirildiyi səhnə isə dəstərxan, milli xalçalar, narla dolu toxunma səbətlər və bannerlərlə bəzədilib.

Bayram şənliyində "Odlar Yurdu" Azərbaycan xalq mahnı və rəqs ansamblı, müğənnilər, həmçinin şən və hazırcavablar komandasının üzvləri çıxış ediblər, kiçik müsabiqələr təşkil olunub.

Tədbirdə Krasnoyarsk diyarı Qubernatorunun İctimai Əlaqələr İdarəsinin, Dostluq Evinin nümayəndələri, ÜAK-ın yerli təmsilçiləri,  digər ictimai birliklərin rəhbərləri, KİV nümayəndələri, azərbaycanlılar, yerli sakinlər iştirak ediblər.

Azərbaycan diaspor fəalı Səadət Qarayeva KİV nümayəndələrinə narın vətəni Azərbaycanla bağlı, xalqımızın zəngin milli-mədəni irsi, onun musiqisi, milli mətbəxi, adət-ənənələri barədə məlumat verib. O, bildirib ki, bu bayram şənliyi, yerli sakinlərin tədbirdə iştirakı Azərbaycan və Rusiya, eləcə də xalqlarımız arasındakı çoxəsrlik qonşuluq və dostluq münasibətlərini növbəti dəfə ahəngli şəkildə əks etdirir.

İlkin İzzət

Milli.Az































Xəbərin orijinal ünvanı: http://news.milli.az/russia/484015.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR